İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


26.12.2023  13:29 

Rusiyanın Litva və NATO-ya qarşı təcavüzü ehtimalı artacaq





A+  A-

Qərb özünü Rusiyadan müdafiə etmək üçün Ukraynaya dəstəyi dayandırsa, Rusiyanın Litvaya və NATO-ya qarşı təcavüzü ehtimalı artacaq.

Xəzərnews.az xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda TV3 telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Kremlin bu sahədə niyyəti Ukraynadakı müharibə ssenarisindən asılıdır.

“Əgər Rusiya hər şeyi öz xeyrinə çevirə bilməsə, təbii ki, uzun müddət orada ilişib qalacaq və bir neçə cəbhədə mübarizə apara bilməyəcək. Bəli, onda bu baş verə bilər”, - deyən Nauseda belə bir inkişafın ehtimalının “kiçik” olduğunu bildirib.

Litva prezidenti Moskvadan Şimali Atlantika Alyansı üçün təhlükə barədə siyasətçilərin yenilənmiş proqnozlarını və bəyanatlarını hipotetik hesab edir:

"Düşünürəm ki, bu, sadəcə olaraq, heç bir yerdən müzakirəyə başlamaq istəyidir. Heç kimin Rusiyanın davranışının nə vaxt dəyişə biləcəyi və nəzərlərini NATO-ya çevirəcəyi sualına cavabı yoxdur".

Xəbər 418 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +