İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


09.06.2023  20:38 

“Səməndər” İB tarixçi alimlərlə görüş keçirib





A+  A-

“Səməndər” Araşdırmalar və İnformasiya Mərkəzi İctimai Birliyi və Siyasi Təhlil və Araşdırmalar İctiami Birliyinin üzvləri AMEA-nln Tarix İnstitutunun bir qrup əməkdaşı ilə görüş keçirib.

İB-dən Xəzərnews.az-a daxil olan məlumatda bildirilir ki, görüşdə İctimai Birliyin Türkiyədə cümhuriyyət dövründə demokratik çoxpartiyalı siyasi sistemin yaranmasına və bərqərar olmasına töhfə vermiş azərbaycanəsilli siyasətçilərin fəaliyyətinin, irsinin öyrənilib təbliğ edilməsi təşəbbüsləri haqqında məlumat verilmiş, bu istiqamətdə fikir mübadiləsi aparılmışdır.

Qeyd edilib ki, bu, siyasi tariximizinin mühüm bir dövrü və istiqaməti haqda mövcud ağ ləkələrin aradan qaldırılmasına, eyni zamanda cəmiyyətlərimiz və siyasi partiyalar arasında sağlam münasibətlərin dərinləşməsinə töhfə vermiş olardı.

Gələcək tədqiqatlarda Azərbaycan arxivlərinin, o cümlədən Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivinin materiallarından, eləcə də əməkdaşlarının potensialından istifadə edilməsinin məqsədəmüvafiq olması vurğulanıb.

Görüşdə həmçinin indiyədək Azərbaycanda bu istiqamətdə dərc olunmuş materiallarla tanışlıq üçün işçi qrupun yaradılması və Türkiyədə görüləcək işlərlə bağlı xüsusi müzakirələrin keçirilməsi barədə qərar qəbul olunub.



Xəbər 69 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +