İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


15.11.2023  13:18 

Bizdən iki-üç dəfə artıq pul tələb edirlər... - Sabir Rüstəmxanlı





A+  A-

Mən təxminən otuz ildir ki, bizim pansionatda qalıram, iki otaqlı mənzilim var.

Xəzərnews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” Milli Məclisin qərar layihəsinin müzakirəsində deputat Sabir Rüstəmxanlı deyib.

Sabir Rüstəmxanlı bütün yazı-pozu işlərinin ora ilə bağlı olduğunu söyləyib:

“Sakit bir yerdir. Amma orda biznesmen kimi qalıram. Başa düşmürəm, mən biznesmenəm? Hətta hökumət işçiləri orada güzəştli şəkildə qalır, amma onlardan aşağı maaş alan millət vəkili, yəni mən belə qala bilmirəm. Mən məcburam orda qalam, başqa imkan yoxdur. Amma mən orda biznesmen kimi qalıram. Məndən biznes uçotu ilə, biznes müqavilələri ilə illik pul alırlar. Bu, harada görülüb? Nəyə görə belə olmalıdır? Nazirlər Kabinetinin işçiləri, başqa strukturların işçiləri normal qiymətlə qalırlar, bizdən isə iki-üç dəfə artıq pul tələb edirlər. Mən buna millət vəkilinin statusunun aşağı salınması kimi baxıram. Milli Məclisin statusu aşağı salına bilməz. Bu, Azərbaycanın dövlət müstəqilliyində xüsusi xidməti olan bir orqandır. Millət vəkilləri də ən ağır yükü daşıyır. Millətlə üz-üzə, camaatın şikayətlərini qəbul edir. Gərgin, əsəbi... Bu otuz ildə nələr çəkmişik, hamı bilir”.

Xəbər 660 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +