İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


07.10.2023  18:18 

Bəxtiyar Hacıyev zorakılığa məruz qalıb?





A+  A-

Ədliyyə Nazirliyi ictimai fəal Bəxtiyar Hacıyevin zorakılığa məruz qalması ilə bağlı araşdırma aparıldığını açıqlayıb.

Xəzərnews.az “Toplum”a istinadən xəbər verir ki, bu haqda oktyabrın 6-da Ədliyyə Nazirliyinin Pentensiar Xidmətindən açıqlama verilib.

Göndərilən informasiya sorğusuna cavab olaraq bildirilib ki, dövlət qurumuna Bəxtiyar Hacıyevin qida qəbulundan imtina etməsi ilə bağlı müraciəti daxil olmayıb və onun zorakılığa məruz qalması ilə bağlı araşdırma aparılır.

Fəalın vəkili Elçin Sadıqov Bəxtiyar Hacıyevin məhkəməyə gətirilərkən qol və barmaqlarında qançır izlərinin olduğunu qeyd etmişdi.

Bildirək ki, aclıq aksiyasına başlayan Bəxtiyar Hacıyevin həbs qətimkan tədbiri 3 ay müddətində artırılıb.

Xatırladaq ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrın 9-da xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilib.
Dekabrın 15-də Hacıyev azadlığa buraxılması tələbi ilə aclıq aksiyasına başlayıb. O, ictimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra dekabrın 28-də aclıq aksiyasına son qoyub. Lakin yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi onun həbsdən azad olunmasını rədd etdikdən sonra o, aclıq aksiyasını bərpa edib. Hacıyev aclıq aksiyasının 51-ci günündə aclığı dayandırıb.

Bu il iyunun 16-da istintaq orqanı Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 192-ci (Qanunsuz sahibkarlıq), 193-cü (Yalançı sahibkarlıq), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma), 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə), 206.1-ci (Qaçaqmalçılıq) maddələri ilə yeni ittihamlar irəli sürüb.

Vəkil Elçin Sadıqov Amerikanın Səsinə bildirib ki, ittihamlar Bəxtiyar Hacıyevin ictimai və hüquq müdafiəçisi kimi fəaliyyəti ilə bağlıdır.

Məhkəmə Hacıyev barəsində müxtəlif vaxtlarda həbs qətimkan tədbirinin uzadılması barədə qərarlar qəbul edib.

Xəbər 4103 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +