İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


09.09.2023  21:18 

“Rəisi yenidən qırmızı xətlərini elan edib” - Siyasi şərhçi





A+  A-

“SEPAH Araza çayının İran sahilində- Naxçıvanın Dəstə kəndi istiqamətindən Zəngəzura hərbi kolonla texnika daşımasını nümayiş etdirən videolar yayıb. Rusiya mənbələri də iranlıların dəstək əməliyyatı üçün Ermənistana hərbi hissələri keçirməyə hazır olduqlarını iddia edib”.

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə siyasi şərhçi Cəmaləddin Quliyev çıxış edib.

C.Quliyev bildirib ki, Paşinyanla telefon danışığında İbrahim Rəisi yenidən qırmızı xətlərini elan edib:

“İstənilən geosiyasi dəyişikliklər və regional sərhədlər yolverilməzdir. 3+3 formatına əlavə olaraq hər hansı kənar qüvvə ilə əməkdaşlıq etmək, onlarla təlimlər keçirmək və şübhəli səyahətlər yalnız vəziyyəti çətinləşdirir. Sonuncu cümləni Paşiyanın həyat yoldaşının Kiyevə səyahətindən və Ermənistanın Amerika ilə hərbi təlim keçilməsindən narazılıq kimi də oxumaq olardı. Amma iş ondadır ki, telefon danışığı haqda məlumat verən az qala bütün İran KİV-ləri xəbəri “Bakıya sərt xəbərdarlıq edildi” qeydi ilə paylaşırlar... Azərbaycanofob ekspert Salar Seyfəddini hesab edir ki, ABŞ-da qarşıdan gələn seçkilərdə Donald Tramp qalib gələrsə, Vaşinqton Əliyev və Ərdoğana Cənubi Qafqazda sərbəstlik verəcək”.

Xəbər 1127 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +