İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


15.08.2023  10:04 

Sahibkarlıq subyektlərini “yoxlayan“ naməlum şəxslər kimlər olub?





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının adından istifadə etməklə naməlum şəxslər tərəfindən sahibkarlıq subyektlərinə yoxlama adı ilə gələrək, qanunsuz tələblər irəli sürülməsi barədə məlumatlar daxil olur.

Nazirlikdən XəzərNews.az-a bildirilib ki, aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, qeyd edilən obyektlərdə Nazirliyin hər hansı qurumu tərəfindən yoxlama aparılması halı qeydə alınmayıb və həmin müəssisələrdə Nazirliyin əməkdaşları ümumiyyətlə olmayıb.

Bununla bağlı sahibkarlıq subyektlərinin rəhbərlərindən xahiş olunur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin adından hər hansı yoxlama və ya monitorinq məqsədilə gələn şəxslərdən iş vəsiqəsi və araşdırma üçün icazə sənədi tələb edilsin.

Şübhəli hallara rast gəlindikdə isə dərhal Nazirliyin 168 Çağrı Mərkəzinə və ya hüquq-mühafizə orqanlarına məlumat verilsin.

Xəbər 392 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +