İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


04.05.2023  10:16 

Danışıqların final raundu... - Sülh olacaqmı?





A+  A-

Bu gün Azərbaycanın xarici işlər nazir Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-də dövlət katibi Entoni Blinkenin iştirakı ilə danışıqların final raundunu keçirəcəklər.

Bakı vaxtı ilə saat 21.45-də planlaşdırılan görüşdə dövlət katibi də iştirak edəcək.

ABŞ Dövlət Departamentinin məlumatında deyilir: "Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində Azərbaycanın xarici işlər nazir Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında sülh sazişi üzrə ikitərəfli danışıqların yekun iclasında dövlət katibi Entoni Blinken iştirak edəcək".

Danışıqların əsas mövzusu sülh sazişidir.

Qeyd edək ki, mayın 1-də ABŞ-də Azərbaycanın xarici işlər naziri C.Bayramov, Ermənistanın xairic işlər naziri A.Mirzoyan və ABŞ-ın dövlət katibi E.Blinken arasında üçtərəfli görüş keçirilib. Bundan sonra Corc Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində iki ölkənin XİN rəhbərinin ikitərəfli görüşü keçirilib. Mayın 2-də danışıqlar ikitərəfli formatda davam etdirilib./Yenisabah.az

Xəbər 525 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +