İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


02.05.2023  10:22 

Zığda hektarlarla yer zəbt olunub - VİDEO





A+  A-

Suraxanı rayonunun Zığ qəsəbəsindəki bu yer hasara alınıb, ərazidə tikinti işləri sürətləndirilib.

Qəsəbə sakinləri illərdir heyvanlarının örüş yeri kimi istifadə olunduğu 37 hektar torpaq sahəsinin qanunsuz zəbt olunduğunu iddia edirlər.

Onların sözlərinə görə, sənəddə örüş yeri kimi qeyd olunan ərazidə hansısa tikinti şirkəti tərəfindən 11-mərtəbədən ibarət 3 yaşayış binası tikilir.

Sakinər iddia edir ki, illərdir örüş yeri istifadə etdikləri ərazinin zəbt olunması ilə bağlı aidiyyatı qurumlara dəfələrlə müraciət etsələr də bir nəticə hasil olmayıb.

Suraxanı Rayon İcra Nümayəndəliyi də, Zığ bələdiyyəsi də sakinlərin şikayətindən xəbərdar olduqlarını bildiriblər.

Suraxanı Rayon İcra Hakimiyyəti aparatının baş məsləhətçisi Ramin Salmanlı zəbt edildiyi iddia olunan ərazidə əslində sürüşmədən əziyyət çəkən vətəndaşlar üçün binaların tikildiyini açıqlayıb.

İcra hakimiyyəti rəsmisinin dediyinə görə, ərazidə tikilən binalar istifadəyə verildikdən sonra sürüşmədən əziyyət çəkən 245 ailə həmin binalara yerləşdiriləcək.

Bundan başqa Dövlət Neft Şirkətinin razılığı ilə tikinti işlərini aparmaq üçün torpağın sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı sənədləşmə işləri də aparılır.

Ramin Salmanlı ərazidə yaşayan sakinlərin örüş yeri kimi isə Zığ yamacından istifadə edə biləcəyini də bildirib.



Xəbər 979 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +