İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


13.04.2023  11:46 

“Ermənilər paylaşıb, görürəm ki, sağdır”





A+  A-

“Mənim balamı nə olsun ki, ermənilər paylaşıb, görürəm ki, sağdır. Onun əlinə çörək verib çəkiblər. Bəlkə, sonra o çörəyi təpikləyib balamın əlindən alıblar? Bəlkə, bir az yubansa, balamı sağ verməyəcəklər? Mən buna dözə bilmərəm”.

XəzərNews.az xəbər verir ki, bunları əsir düşdüyü bildirilən hərbçi Aqşin Bəbirovun anası Dürdanə Bəbirova Meydan TV-yə deyib.

Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan hərbçisinin aprelin 10-da gecə saatlarında Ermənistan ərazisində aşkarlanaraq saxlandığını bildirib. Azərbaycan Müdafiə Nazirliyi isə Naxçıvanın Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən iki hərbi qulluqçunun yolu itirərək azdığı haqda məlumat verib.

“Oğlumu görüm, ölsəm də, qəm yemərəm. Bir valideynin istəyi nə ola bilər ki? Uşağına qovuşsun”, - atası Qabil Bəbirov deyib.

Ailələr isə aprelin 5-dən etibarən övladlarının postdan yoxa çıxdığı xəbərini alıb.

“Yuxarıda müraciət etdiklərimiz deyirlər ki, narahat olmayın, bizdə əsgərləri var, biz əsgərləri dəyişib, balanızı sizə təhvil verəcəyik. Bu, məni ana kimi heç cür sakitləşdirmir. Çünki mən heç kimə arxayın ola bilmirəm. Bir həftədir mənim yoldaşıma Naxçıvanda da o söz deyilir, gəlir evə”, - D.Bəbirova bildirib.

Ermənistan mətbuatı yazır ki, Naxçıvanla həmsərhəd olan Bnunis kəndi ərazisinə iki azərbaycanlı keçib, birini kənd sakinləri tutublar, digərini tapmayıblar. Sakinlər deyirlər ki, gecə saatlarında qapını döyən iki maskalı şəxs mülki geyimdə olub. Kəndlilərə heç bir zərər verməyiblər. Sözügedən kənd Azərbaycan ordusunun mövqelərindən təxminən 20 kilometr aralıda yerləşir.

18 yaşlı Aqşin Bəbirovun ailəsi 9 ayın əsgəri olan oğullarının itkin düşməsinin səbəbini anlamağa çalışır.

İtkin düşən digər hərbçi Hüseyn Axundovun hazırda harada olması barədə heç bir xəbər yoxdur. Hər iki ölkənin Müdafiə Nazirlikləri hərbçinin axtarışlarına davam etdiklərini bildirib.



Xəbər 484 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +