İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


23.11.2022  17:07 

42 nəfərdən 49 kiloqram narkotik maddə götürülüb





A+  A-

DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları eyni anda paytaxt və bölgələrdə narkotiklərin satışı ilə məşqul olan şəxslərə qarşı əməliyyatlar keçirib.

XəzərNews.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, polisə paytaxt istiqamətində hərəkətdə olan “VAZ 2108” markalı avtomobildə külli miqdarda narkotik maddəllərin daşındığı barədə əməliyyat məlumatı daxil olub. Məlumat Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yoxlanılıb və avtomobilin hərəkət trayektoriyası müəyyən edilib. Qaradağ rayonu ərazisində həmin nəqliyyat vasitəsi xüsusi əməliyyat nəticəsində saxlanılıb. Sürücü Rüfət Xaliqov və sərnişin Elvin Zeynalovdan 10 kiloqram heroin, marixuana, elektron tərəzilər, 420 ədəd ekstazi və metadon həbləri aşkar edilib. Dəstənin digər üzvlərinin saxlanılması istiqamətində Sumqayıt şəhəri və Yevlax rayonunda eyni anda keçirilən əməliyyatlar zamanı isə Tural Hüseynov və Saday Səttarovun da tutulması təmin edilir. Bu şəxslərdən isə ümumilikdə 23 kiloqram müxtəlif xassəli narkotik və həblər aşkar olunub. Polisin bu əməliyyatları nəticəsində 4 narkotik vasitələrin satışını həyata keçirən şəxs məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, son bir ayda Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölglərdə keçirilən əməliyyatlar zamanı narkotiklərin satışı və qanunsuz dövriyyəsini həyata keçirən 42 şəxs tutulub. Onlardan ümumilikdə 49 kiloqram heroin, metamfetamin, tiryək, kristal narkotik vasitə sayılan kokain, həmçinin 1000 ədəd psixotrop tərkibli ekstazi və metadon həbləri aşkar edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.



Xəbər 417 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +