İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


17.11.2022  17:50 

Zabratı yağış suyu basıb





A+  A-

Sabunçu rayonu, Zabrat 1 qəsəbəsi, Kərpic zavod adalanan ərazidə kanalizasiya xətlərinin olmaması çətin vəziyyət yaradıb.

XəzərNews.az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, xüsusən yağış yağan kimi qəsəbədə həyat iflic olur, piyada və avtomobillərin hərəkəti çox çətinləşir.

Cəlal Qaryağdı küçəsinin sakinləri sanki asfalt örtüyünün, kanalizasiya sisteminin kəşf olunmadığı dövrdəymiş kimi yaşayırlar.

Zabrat 2 qəsəbəsində də eyni vəziyyət hökm sürür.

Problemlə bağlı ``Azərsu" ASC-dən bildirilib ki, ərazidə mərkəzləşdirilmiş kanalizasiya infrastrukturu qurulmayıb. Sakinlər fərdi qaydada primitiv şəbəkə yaradıblar. Bu səbəbdən də yağışlı hava onlara çox ciddi problem yaradır. Lakin Abşeron yarımadasında kanalizasiya infrastrukturunun yaradılması üçün master plan hazırlanıb və buna əsasən hər bir yaşayış məntəqəsində, eləcə də Zabratda bu sistemlərin qurulması planlaşdırılır.

Xəbər 433 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +