“İran tərəfi əməkdaşlığı davam etdirəcək”- MCP Başqan müavini
İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?


11.11.2022  08:50 

“Əmək yarmarkası”, yoxsa vaxt itkisi... – Şikayət





A+  A-

Sumqayıt şəhər sakini İlkin Məmmədkərimov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən şikayətçidir. İ.Məmmədkərimov XəzərNews.az-a göndərdiyi şikayət məktubunda iddia edir ki, nazirlik və onun yerli qurumları vətəndaşları “Əmək yarmarkaları” adı ilə aldadır.

Belədirsə, axı niyə “Əmək yarmarkası”nda iştirak edirlər?

“Cari ilin iyun ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sumqayıtda “Əmək yarmarkası” keçirib. Öncədən Dövlət Məşğulluq Agentliyinin saytında və Nazirliyin mediaya verdiyi məlumatda “Əmək yarmarkası”nda 300-400 boş iş yeri təklif olunacağı bildirilmişdi. Mən də 14 iyun tarixində Sumqayıtda Kimyaçı Mədəniyyət Sarayına getdim. Birtəhər içəri geçəndən sonra 21 işəgötürənə CV-mi qoydum, hər biri söz verdi ki, 1 həftə ərzində əlaqə saxlayacaqlar. İşəgötürənlər mən də daxil bütün işsiz vətəndaşlara 1 həftə ərzində əlaqə saxlayacağıq vədini verirdilər. Üstəlik TV-lərə də müsahibələrində bu cür bildirirdilər. İki həftəlik müddət başa çatandan sonra heç bir işəgötürən mənimlə əlaqə saxlamadı. Onlara zəng vurduqda isə bildirdilər ki, son 1 ay ərzində aktiv vakansiyaları yoxdur. Sual olunur, belədirsə, axı niyə “Əmək yarmarkası”nda iştirak edirlər?”.



İ.Məmmədkərimov bildirir ki, bu cavabdan sonra Dövlət Məşğulluq Agentliyinə şikayət edib:

“Onlar da bildirdilər ki, Nazirliyin 142 telefon xəttinə zəng vurum. Mən də şikayətimi onlara bildirdim. Nazirlikdən bunun nə demək olduğu ilə bağlı açıqlama vermələrini tələb etdim. Bir ay sonra isə şikayətimi Nazirliyə yox, Sumqayıt Məşğulluq Mərkəzinə yönləndirdilər. Ordan mənə zəng edib Mərkəzə dəvət etdilər. Mən isə bundan imtina etdim və onlara “mənim şikayətim sizə deyil, Nazirliyədir və nazirlikdən açıqlama tələb edirəm” deyə bildirdim. Bunun səbəbi çox sadədir: hələ 2019-cu ildə Sumqayıt Məşğulluq Mərkəzinə müraciət etmişəm, orda isə gənclərin işləməsi üçün normal bir iş yeri yoxdur”.

Sistemdə “vətəndaş iş tapdı” kimi yazılıb, reallıqda isə...

Şikayətçi bildirir ki, sistemdə 2019-cu ildə onun adını “vətəndaş iş tapdı” kimi qeyd ediblər:

“Mən bunu çox sonralar bilmişəm. Halbuki mən heç bir işlə təmin olunmamışam. Şikayətimdən 2-3 gün sonra Dövlət Məşğulluq Agentliyindən məktub gəldi, məni təkrar Sumqayıt Məşğulluq Mərkəzinə dəvət etdilər, yenə də imtina etdim. Təkrar 142-yə zəng edib şikayətimi bildirdim. Eyni qayda aylarla davam etdi, yəni nazirlik özünə borc bilib vətəndaşla əlaqə saxlamağa ehtiyac duymadı. Hər dəfə də şikayətimi Sumqayıt Məşğulluq Mərkəzinə yönləndirdilər”.



İşəgötürənin hansı tələbinə cavab vermirəm?

İ.Məmmədkərimov qeyd edir ki, oktyabr ayında Sumqayıt Məşğulluq Mərkəzindən zəng edib dəvət ediblər:

“Bu dəfə inanmaq istədim ki, illər öncəki kimi deyil, həqiqətən mənə kömək edəcəklər və Sumqayıt Məşğulluq Mərkəzinə getdim. Mənə E-sosial.gov.az-da hesab açıb 2 işəgötürənə müraciət göndərdilər və bildirdilər ki, 5 iş günü ərzində sizinlə əlaqə saxlayacaqlar. E-sosial.gov.az Elektron Hökümət portalındakı hesabımda “işəgötürənlərə müraciət bölümündə işəgötürənin tələblərinə cavab vermədiyiniz üçün müraciətinizdən imtina edildi” yazılır”.

Şikayətçi iddia edir ki, nə Dövlət Məşğulluq Agentliyi, nə Dövlət Əmək Müffətişliyi, nə də bütünlükdə nazirlik çalışmır, "Əmək yarmarka"larında müəssisə əməkdaşlarını yuxarı başda otuzdurub insanlara "iş" təklif edir və ya regional məşğulluq mərkəzlərində, həmçinin Elektron Hökümət portalında yalandan "vakansiyalar" elan edirlər.

Yusif Əli
XəzərNews.az




Xəbər 1188 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.05.2024  16:08 

Tanınmış alim vəfat etdi

22.05.2024  11:05 

Baş nazir İrana səfər edəcək

22.05.2024  10:56 

Nazənin yeni avtomobil alıb -FOTO

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +