İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


21.10.2022  14:32 

Kütləvi işdənçıxarma nədir?





A+  A-

Heç bir kütləvi işdənçıxarmadan söhbət gedə bilməz.

Azərbaycan Respublikasının “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyində “Yeni Klinika” publik hüquqi şəxs (bundan sonra - Müəssisə) tərəfindən yeni rəhbərliyin fəaliyyətə başladığı gündən, yəni 07 iyul 2022-ci il tarixindən bu günə qədər cəmi 10 nəfər şəxsin əmək müqaviləsinə müddətin qurtarmasına görə xitam verilib. Bu müddət ərzində klinikada fəaliyyət göstərən 752 işçidən 10 nəfərin əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiklərinə görə əmək müqavilələrinin müddəti uzadılmamışdır. Həmin şəxslərə Müəssisə tərəfindən onların hüquqlarının tam təmin edilməsi məqsədi ilə əmək müqavilələrinin müddətinin qurtarmasına 10-20 gün qalmış rəsmi qaydada, yazılı formada xəbərdarlıq edilib və həmin işçilər xəbərdarlıqla tanış olmalarını imzaları ilə təsdiq ediblər. Halbuki, Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsində qeyd edilən müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflər bir-birini müqaviləyə xitam verilməsi barədə xəbərdar edə bilər.

Qeyd edim ki, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin, 73-cü maddəsinin 1-ci hissəsinin, 79-cu maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən işəgötürən tərəfindən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Qanunvericilikdə imperativ qaydada yuxarıda göstərilənlər qeyd edilmişdir.

Məlumat üçün bildirim ki, Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə əsasən əmək müqavilələrinin kütləvi şəkildə ləğv edilməsi - Müəssisədə 3 ay ərzində işləyən işçilərin 40 faizinin əmək müqavilələrinə xitam verilməsi deməkdir.

Yuxarıda yazılı sübutlar əsasında qeyd edildiyi kimi 07 iyul 2022-ci il tarixindən bu günə qədər Müəssisənin 752 nəfər işçisindən cəmi 10 nəfərin əmək müqaviləsinə müddətin qurtarmasına görə xitam verilib.

Xatırladım ki, “Media haqqında” qanununun 14.1.7-ci maddəsinin tələblərinə əsasən mediada dərc olunan və yayımlanan informasiyada işgüzar nüfuzun ləkələnməsinə yol verilməməlidir. Həmin Qanunun 14.1.11-ci maddəsinin tələblərinə əsasən faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalıdır.

Bu Qanunun 18.1-ci maddəsinin tələblərinə əsasən media tərəfindən fiziki və hüquqi şəxsin işgüzar nüfuzunu ləkələyən böhtan xarakterli məlumatlar yayıldıqda, fikirlər təhrif olunduqda hüquqi şəxsin rəhbərinin, yaxud səlahiyyətli nümayəndəsinin həmin media subyektindən həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, üzr istənilməsini tələb etmək hüququ vardır.

İlham Məmmədzadə
İctimaiyyətlə əlaqələr, Marketinq və Beynəlxalq əlaqələr şöbəsinin müdiri


Xəbər 643 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +