İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


13.09.2022  10:00 

Gecə döyüşləri niyə başladı: Ehtimallar...





A+  A-

O, ötən gecə Ermənistanla sərhəddə baş verən döyüşləri təhlil edib, hadisənin baş vermə səbəbləri haqda tezisləri səsləndirib.

XəzərNews.az xəbər verir ki, bunu politoloq, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Əziz Əlibəyli deyib.

Politoloq gecə döyüşlərinin başlanması haqda aşağıdakı ehtimalları irəli sürüb:

1. Brüsseldə əldə edilən razılığı pozmaq üçün buna qədər Nikol və əsgərləri bir neçə təxribat həyata keçirmişdilər. Biz zənn etmirik ki, burda Paşinyanın Brüsseldən dərhal sonra Rusiya səfəri az rol oynamadı.

2. İlin sonuna qədər sülh müqaviləsini imzalamamaq Ermənistan üçün hazırda gündəm təşkil edir.

3. Azərbaycan isə sülh ilə yanaşı, Zəngəzur dəhlizinin açılmasını gözləyir.

4. Buna görə lazımdır ki, Azərbaycanı hərbi toqquşmağa çəkməklə aqressor göstərmək və prosesin dayandırılmasına nail olmaq və buna səbəb Azərbaycanı göstərmək.

5.Böyük qayıdış prosesinin şantaj etmək.

6. Daim toqquşma mühitini saxlamaq və sabitliyin pozulması ilə bölgəyə investisiya cəlbini önləmək.

7. Azərbaycan ordusunun kommunikasiya yolunu minalamaq.

8. Prosesə KTMT-ni qoşmaq.

9. İndiki məqamda (Ukraynada müharibə) Rusiya arxasında ikinci cəbhəni açmağa cəhd qərbdən gələn əmrə oxşayır və bu, ilk növbədə Rusiyaya xəyanətdir. Artıq Ermənistanın hansı qucaqda oturduğun görürük.

10. Və ən əsası proseslər Qarabağdan keçdi Zəngəzura. Zəngəzur Azərbaycanın layihəsidir. Yeni qızıl alma deyək.

11. Bu əməliyyat cəzalandırma xarakterlidir.

12. Davamı olacaq.

13. Bir də diqqətlə baxaq: Paşinyan ilk olaraq kimə zəng vurdu.

14. Toqquşmaların arealı Qafan və Gorus xətti üzrə gedir. Deməli, ilk növbədə dəhliz və kommunikasiya məsələləri gündəmə gəlir ki, yollara mina döşənməsi buna real sübutdur.

15. Qeyd etdiyim kimi, Ermənistanın addımları BMT nizamnaməsinin 51-ci maddəsinin zəruriliyini işə sala bilər.

16. 2 ədəd S-300 raket kompleksinin məhvi göstərir ki, Azərbaycanın səma ordusu/PUA-lar çox güclüdür və uzun müddət üstünlüyü bizim tərəfdə saxlayacaq.

17. İlk dəfə Azərbaycan öz ərazilərinin atəşə tutulmasının əvəzi olaraq Ermənistan ərazisindəki hərbi təyinatlı obyektlərə zərbə endirib. Bu ilk hadisədir və vacib presedent yaradacaq.

18. Naxçıvana yol istiqamətində də prosesləri oxumaqda fayda var.

Xəbər 2554 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +