İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.08.2022  11:58 

Deputat oğlunun Londondakı şirkətinin aktivləri 4,8 milyona çatdı - Fotolar





A+  A-

Millət vəkili Ülvi Quliyevin oğlu Orxan Quluzadənin rəhbərlik etdiyi və 2007-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda təsis olunan “Ugano Limited” adlı şirkət ötən il üçün maliyyə hesabatını açıqlayıb.

XəzərNews.az Yeniavaz.com-a istinadən xəbər verir ki, Böyük Britaniyanın müvafiq qurumlarına istinadən xəbər verir ki, 1989-cu il təvəllüdlü Orxan Quluzadənin rəhbərlik etdiyi “Ugano Limited”in aktivləri son bir ildə 1,82 milyon funt-sterlinq (3, 69 milyon manat) artaraq 2,78 milyon funt-sterlinqə (4,8 milyon manat) yüksəlib. Şirkətin aktivləri ilə bərabər öhdəlikəri də artıb. Belə ki, son bir ildə “Ugano Limited”in öhdəliyi 1,16 milyon funt-sterlinq artaraq 2,23 milyon funt-sterlinqə (3,8 milyon manat) çatıb.



Məlumat üçün bildirək ki, Londonda “11 Larch Court Admiral Walk, Carlton Gate, London, W9 3UA” ünvanında qeydiyyatda olan “Ugano Limited” şirkətinə yarandığı gündən (28 avqust 2007-ci il) Orxan Quluzadə (18 yaşından) rəhbərlik edir. 2007-2010-cu illərdə Ahmad Han adlı Böyük Britaniya vətəndaşı, 2010-2020-ci illərdə isə Aynur Quliyeva adlı (millət vəkili Ülvi Quliyevin həyat yoldaşı) Azərbaycan vətəndaşı şirkətdə katib vəzifəsini icra edib.



Xəbər 1337 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +