İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


10.08.2022  19:47 

Baş Prokurorluq artıq medianın azadlığına, jurnalist etikasına nəzarət edən...





A+  A-

"Ölkədə media siyasəti sahəsində dövlətin qurumlarının davranışı heyrət doğurucu həddə çatıb".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə media eksperti Ələsgər Əhmədoğlu çıxış edib.

Media eksperti qeyd edib ki, Baş Prokurorluq “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzulu Konfrans keçirib:

"İlk baxışdan xəbərin yalan olduğu düşünülə bilər. Çünki heç bir qanunda və heç bir Qanunun tətbiqinə dair Fərmanda Baş Prokurorluğa Media azadlığı, jurnalist peşəkarlığı və s. mövzularda xüsusi səlahiyyət verilməyib. Amma xəbər doğrudur. Baş Prokurorluq artıq medianın azadlığına, jurnalist etikasına nəzarət edən qurum kimi sadəcə davranmır, hətta ulu-orta ev sahibliyi etdiyi Konfrans da keçirir. Üstəlik bu sahədə dövlət siyasətinin aparıcısı kimi 2021-ci il yanvar ayında Prezidentin Fərmanı ilə "mediada islahatları dərinləşdirmək" məqsədi ilə təsis olunan MEDİA Agentliyi də, 2003-cü ildə Medinaın etik və peşəkar özünütənzimləmə funksiyasını üzərinə götürən Mətbuat Şurası da sorğulamadan gedib oturur bu konfransda və deyə bilmir ki, "Hörmətli Prokurorluq, bu sahədə dövlət tənzimləyici funksiyanı Prezident Fərmanda mənə verib, hörmətli Prokurorluq bu sahədə özünütənzimləmə səlahiyyətini jurnalistlərin qurultayında qəbul olunan Nizamnamə mənə verib- siz qarışmayın!"

Ə.Əhmədoğlu əlavə edib ki, media azadlığından, jurnalist peşəkarlığından danışan Prokurorluq, özü əməl etməli olduğu və hər kəsin də əməl etdiyinə əmin olmalı olduğu Konstitusiyanın 25-ci maddəsini, 50-ci maddəsini kobud şəkildə pozaraq ayrı-seçkiliyə yol verir, jurnalistləri özümün-özgənin kateqoriyasına bölərək, bir qrupun iştirakına şərait yaradır, digər jurnalistləri isə tədbirdən çıxarır.

Xəbər 1355 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +