İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


04.08.2022  12:33 

Kim Şəbnəmin həyatını arzulayar ki?





A+  A-

"Şəbnəm Tovuzlunun ifasında dinlədiyim mahnılar var. Amma o, ikili oyun oynayır. Çox sünidir, özü deyil, pafosludur. Kim Şəbnəmin həyatını arzulayar ki? Elə bilirsiniz, həyatında çox xoşbəxtdir? Deyil, sadəcə görüntüdür. Onunla 5-6 il birlikdə çörək kəsmişik, evinə gedib-gəlmişəm.

XəzərNews.az axşam.az-a istinadən xəbər verir ki,müğənni Nüşabə Musayeva bu haqda Tarix Əliyevin "Tam səmimi" yutub layihəsində deyib.

"Bir ara Şəbnəmlə çox yaxın olmuşuq, Sonra özü kənarlaşdı məndən. Hacı ilə tanış olduğu ərəfələrdə uzaqlaşdı. Hacını 2002-ci ildən tanıyıram. O vaxt onların yanında başqa bir dükanda satıcı işləmişəm. Onlar da bir neçə qardaşdır. Kostyum mağazası işlədirdilər. Yəni, o vaxtdan tanıyıram. Şəbnəm də bilmirəm, qısqanclıqmı yarandı, ya nə, uzaqlaşdı məndən. Bilmirəm nə fikirləşdi. İndi vatsapda blokdadır. Ondan zəhləm gedir. O qızı sevmirəm. Çünki vaxt var idi, onu çox istəmişəm. Ondan çox incimişəm".

Nüşabə Şəbnəmlə aralarında yaşanan sonuncu mübahisəni belə xatırlayır:

"Sonuncu dəfə Könül Kərimovanın övladının toyunda Şəbnəm ifa edirdi, mən də yanında oynayırdım. Manaf Ağayev, Mənzurə Musayeva və Zenfira İbrahimova da rəqs edirdi. Şəbnəm əli ilə məni itələyib, Zenfiranın əlindən tutub oxuya-oxuya getdi qabağa. Onda dedim ki, vaxt gələcək sənin cavabını çox pis verəcəyəm. Şəbnəmin haqqında belə danışmaq lazımdır. Bu sözlərə layiqdir. Dostluğu bacarmır, maskadır, yaxşılıq bilməyən, çörəyə dəyər verməyən biridir. Şəbnəmlə barışmağım qeyri-mümkündür. Harada görürəmsə, ona sataşıram".

Xəbər 3639 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +