İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


23.06.2022  14:40 

“Əhali çox şeydən narazıdır və narazı olmalı çox şey var”





A+  A-

“İnflyasiya, bahalaşma sürətlənir, amma əhalinin qazancı, məvacibi artmır. Bu fonda millət vəkillərinin məvaciblərinin artırılması neqativ haldır”.

XəzərNews.az
xəbər verir ki, bu sözləri Bakupost.az -a açıqlamasında Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı deputatların maşlarının artırılması ilə bağlı danışarkən deyib.

O insanların narazılığını haqlı hesab edir:

“Əhali çox şeydən narazıdır və narazı olmalı çox şey var. Deputatların maşının hazırkı zamanda qaldırılmasını düzgün hesab etmirəm, yəni gözləmək də olardı. Dövlət işində çalışan insanların mütləq əksəriyyəti elə bir məvacib almalıdırlar ki, gözləri orada-burada olmasın. İnsanların fikirləri budur ki, millət vəkillərini biz seçmişiksə, onlar niyə bizim hesabımıza məvaciblərini artırırlar, amma biz köhnə səviyyədə qalırıq? Yəni bunun müxtəlif yozumları və izahları ola bilər. İnsanların narazılığını haqlı hesab edirəm.

Bu gün Vətən Müharibəsi iştirakçısı işsizdirsə, ilk növbədə, onun işlə təmin olunması vacibdir. Biz bu insanlara borcluyuq. Bu gənclər bizim üçün canlarından keçiblər. Bunlar həll olunmalıdır. Amma hər şeyi də hökumətdən gözləmək olmaz. Özəl sektorlar da bu məsələdə həssas davranmalıdırlar”.

Xəbər 935 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +