İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


17.06.2022  19:29 

“Təl-Əviv Tehranda səkkizyağın kəlləsini istəyir“





A+  A-

"Böyük Dünya Müharibəsinin təbilləri çalır... Eşidirsənmi?"

"Elaph"ın bu başlıqlı xəbərlərini "Jerusalim Post" da təkrarlayır. İddia olunur ki, Bəşər Əsədə də sarayının bombalanacağı haqda xəbərdarlıq edilib. İrandan mülki təyyarələrlə silah daşınmasına cavab olaraq Dəməşq hava limanı artıq bombalanıb. Bu, Rusiya və İsrail arasında da gərginliyi artırır.

Misir və İsrail Türkiyə üzərindən keçməklə Avropaya qaz nəqli haqda anlaşıblar.

Türkiyə və İsrail arasında diplomatik yaxınlaşma dərinləşir. Bir müddət əvvəl BƏƏ də İsrail baş nazirinin iştirakı ilə mədəniyyətlər arası dialoqa həsr olunmuş tədbir keçirilmişdi. Azərbaycan nümayəndələrinin də qatıldığı tədbir İranda ciddi narahatlıq yaratmışdı.

İsrail rəsmilərinin son günlər Bakıya sıxlaşan səfərləri də İranda xüsusu ağrı ilə qarşılanır.

Ötən ilin son aylarında müşahidə edilmiş gərginlikdə olduğu kimi Tehran yenə bölgədə təklənməsi və mühasirəyə alınması haqda gümanlara düşüb.

Hələ 2000- ci illərin əvvələrindən üzü bəri hər dəfə belə gümanlara düşəndə, Qərbdən və ya İsraildən təhdid ehtimalı olanda İranın bəlli dairələri Azərbaycan dpvlətinə qarşı əsassız ittiham kampaniyasına başlayır, rəsmi Bakının "sehyonizmə xifmət etməsi" haqda böhtanlar cümə xütbələrini, ekran- efiri, saytkarı, qəzet səhifələrini "süsləyir". Nəhayət, Azərbaycan rəsmilərinin ölkəmizin ərazisindən İrana heç bir təhdidə meydan tanlnmaycağı haqda növbəti təminat - bəyanatlar verilındən sonra ehtiraslar səngiyir, tozanaq yatır.

Bu dəfə qaralama kampaniyasına bəhanə üçün Şimaldan ötürülən pas da var. Qəribə deyil ki, Təbrizdəki konsulluğumuz, Tehranda səfirliyimiz önündə keçirilən etiraz aksiylarında qaldırılan plakatlarla antiisrail, antisemit şüarlar aparıcıdlr, bəzi şüarlar isə hətta ibranicə yazılıb. Müxtəlif ekspertlərin, din xadimlərinin "dəstək" çıxışlarında da əsas vurğu "şeyx Bağırof" un sionistlər tərəfindən məhkum edilməsi haqda yalandan ibarətdir. Hərçənd nə adı, nə vəzifəsi, nə familiyası düz yazılmır, daha doğrusu, hər KİV öz bildiyi kimi yazır. Dəqiqliyə ehtiyac da yoxdur,əsas yalanın, böhtanın kimin daha kəsərıi şəkildə deməsidir...

Cəmaləddin Quliyev



Xəbər 1208 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +