İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


08.06.2022  19:08 

Azərbaycan 4 günlük iş rejiminə keçə bilər?





A+  A-

Dünyanın bir sıra ölkələrində həftədə 4 günlük iş rejiminə keçməklə bağlı müzakirələr gedir. Böyük Britaniya daxil olmaqla, bir sıra ölkələr də 4 günlük iş rejimini tətbiq etməyə başlayıb.

XəzərNews.az
XəzərXəbər-ə istinadən xəbər verir ki, 4 günlük iş rejimi layihəsi biznesin inkişaf etdirilməsinə hesablanıb.

Belə olan təqdirdə distant iş rejimi də günədəmə gəlir. Bununla da böyük binalar icarəyə götürməyə ehtiyac qalmır. İşçilərin təminatı üçün sərf olunan resurslara isə qənaət edilmiş olur.

Dünya praktikasında icra mərhələsinə keçən 4 günlük iş rejimi Azərbaycanda da tətbiq oluna bilərmi? Bu pilot layihənin həyata keçməsi üçün qanunvericiliklə hər hansı əngl varmı? Bu sualları "ARB24"də yayımlanan "İş vaxtı" verilişində qonaq olan hüquq müdafiəçisi Sahib Məmmədov cavablandırıb.

Ekspert bildirib ki, bu layihəni Azərbaycanda qanunvericiliyi dəyişmədən kommersiya qurumlarında tətbiq oluna bilər: "Qanunda işçinin az işləməsi ilə bağlı məhdudiyyət yoxdur, əksinə çox iş saatı təyin edilə bilməz. Əslində hər hansı hotel, bank və digər yerlər bu eksperimenti keçirə bilər.

Qısaldılmış iş saatı və həftəsində biznes eyni həcmdə məhsulu ala bilirsə, onda şirkət udacaq. Buna görə, əmək haqqının azaldılmasından söhbət getmir. Burada məqsəd eyni işin daha qısa müddətdə yerinə yetirilməsindən gedir".

Xəbər 1593 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +