İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


06.06.2022  12:18 

Polis zabiti toyda məhkəmə katibini döydü





A+  A-

İyunun 4-də Kürdəmir rayonunda keçirilən toy mərasimlərindən birində insident baş verib.

XəzərNews.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə gecə saat 22 radələrində rayondakı “Nicat Plaza” şadlıq sarayında qeydə alınıb. Belə ki, toy mərasiminin sonuna yaxın orada qonaq qismində iştirak edən Kürdəmir Rayon Məhkəməsinin katibi Yaşar Cəbiyevlə Kürdəmir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Vüsal Kərimov arasında mübahisə yaranıb. Mübahisə daha sonra münaqişəyə çevrilib və dava-dalaş düşüb. Bu zaman V.Kərimov məhkəmə katibini vuraraq ona xəsarətlər yetirib.

Yaşar Cəbiyev baş vermiş hadisə ilə bağlı Kürdəmir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.

Faktla bağlı araşdırmalar aparılır.

* * *

Polis zabiti ilə məhkəmə katibi arasında baş vermiş dava-dalaşın təfərrüatı məlum olub. Hadisə rayonun Qaraqocalı kənd sakini olan və bir müddət əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılmış şəxsə görə baş verib.

Belə ki, rayon məhkəməsində katib vəzifəsində çalışan Yaşar Cəbiyevin qonşusu olan həmin şəxs saxlanıldıqdan sonra Y.Cəbiyev tanışı, Kürdəmir Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Vüsal Kərimovdan onun məsələsinin müsbət həll edilməsini xahiş edib.

Lakin bir neçə gün keçməsinə baxmayaraq saxlanılan şəxslə bağlı bir yeniliyin olmadığını görən Y.Cəbiyev iyunun 4-də V.Kərimovla bir yerdə iştirak etdiyi toyda ona bu məsələyə görə irad bildirib. Nəticədə tərəflər arasında mübahisə başlayıb və dava-dalaş düşüb.

Xəbər 1466 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +