İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


21.05.2022  21:45 

“Polis də, sığorta şirkəti də mənimlə maraqlanmır”





A+  A-

“Nə Yasamal polisi, nə də sığorta şirkəti hadisədən sonra mənimlə maraqlanıb”.

XəzərNews.az xəbər verir ki, bunu paytaxt sakini Şənlik Əhmədov “Sherg.az”a açıqlaması zamanı bildirib.

O, qeyd edib ki, avtomobil qəzası aprelin ayının 21-i, Yasamalda yerləşən 3 saylı “Asan xidmət”in qarşısından “İnşaatçılar” metrosuna tərəf keçərkən baş verib:

“İşıqforun yaşıl işığından keçdiyim halda qırmızı işıqdan keçən maşın maşınımla toqquşdu. Özüm xəsarət aldım. Təcili tibbi yardım vasitəsilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıldım. Başım yarılmışdı və boynumda fəqərə sınmışdı. Başımdan qanaxma olduğuna görə bir neçə tikiş qoydular. Avtomobilim də yararsız hala düşüb”.

Sürücü bildirib ki, nə Yasamal Polisi, nə də sığorta şirkəti hadisədən sonra onunla maraqlanıb:

“Bu günə qədər mənimlə maraqlanan olmayıb. Məsul sığortada şirkəti “A-Group” hələ də ödəniş etməyib. Dəymiş ziyanı ödəmək istəmirlər. Son vaxtlar şikayətlərimdən sonra polis vəziyyətlə maraqlanmağa başlayıb. Yasamal polisi yetərincə bu işin üstünə düşmür. Xəstənada diskimi də itirmişdilər”.

Ş.Əhmədov bildirib ki, o, bundan öncə də analoji halla üzləşib:

“Yanvarın 15-də maşınım həyətdə dayandığı yerdə yoldan keçən avtobusdan qopan “lyuk” hissəsi maşınımın üstünə düşüb. Bununla bağlı “Atəşgah” sığorta yoxlanışa gəldi. Dediklərinə görə, mənə 350 manat ödəniş olunmalı idi. Lakin bir ay 10 gündən sonra bildirdilər ki, ödəniş edilməyəcək. Səbəb olaraq isə , bu fövqəladə bir hal olduğunu dedilər. Bu nə dərəcədə düzgündür? Məlumat üçün “Avtostop” verilişinin aparıcısı Tural Yusifovla da əlaqə saxlamışam. O, bildirib ki, elə şey ola bilməz. Bu məsələnin də öz həlllini tapmasını istəyirəm”.

Xəbər 9480 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +