İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


18.04.2022  14:45 

“O gənclər bir gün bu hakimiyyətdən amerikanski yaşayış, dövlət, demokratiya istəyəcək“





A+  A-

"Bir blogerə görə insanların izdiham yaratmasını çoxları qınadı. İlk baxışda mən də həmin kütlənin halına güldüm, əsəbləşdim, amma ən çox acıdım. Bazar günü blogerin İphone telefon paylayacağına görə ticarət mərkəzində bir-birinin belinə çıxan gənc başqa nə edə bilərdi?"

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə jurnalist Anar Məmmədov çıxış edib.

A.Məmmədov bildirib ki, istirahət günü Azərbaycan gənci dünənki kimi blogerlə görüşə getməkdən başqa, hansı alternativ istirahət və əyləncə yolu seçə bilərdi?

"Bundan başqa, blogerin görüşünə gələn gənclər nə istəyirdi? İllərdir dəbdəbəli həyatı, bahalı avtomobilləri və cəzibədar qızlarla gündəm olan blogerdən amerikanski telefon qazanmaq istəyən gənclər niyə bu qədər qınaq və gülüş obyektinə çevrilir? Axı onlar bir blogerdən sadəcə amerikanski telefon qazanmaq istəyirdilər, hakimiyyətdən amerikanski həyat və yaşam istəmirdilər ki. Axı bu hakimiyyət Vətən Müharibəsindən cəmi 2-3 ay əvvəl məhz həmin gənclərə ondan səfərbərlik, müharibə tələb edəndə antimilli ünsür, qaraguruh deyirdi. Az sonra müharibə başladı, həmin gənclər bu dövlət və onun Ali Baş Komandanı üçün şəhid oldu, sağlamlığını itirdi. Nə vaxta qədər gənclərimiz ancaq müharibəyə göndərib şəhid və ya qazi etmək üçün sizə lazım olacaq? Gənclər hörmətli görünmələri üçün ayaqlarını altına qatlayıb evdə oturmalı, hakimiyyətə lazım olanda müharibəyə gedib şəhid olmalıdı?

Deməyim odur ki, dünənki gəncləri o hala salan da hazırki hakimiyyətdir. Nə qədər ki, öz gəncinin qədrini bilməyəcək, bir gün onlar blogerdən telefon yox, bu hakimiyyətdən amerikanski yaşayış, dövlət, demokratiya istəyəcək. Buna əmin olsunlar…" - deyə A.Məmmədov əlavə edib.


Xəbər 1283 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +