İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.03.2022  22:09 

İstanbul hava limanı Bakıdan qalxan təyyarəni qəbul etmədi - Foto





A+  A-

Bu gün "Buta Airways" aviaşirkətinin Bakı-İstanbul (Sabiha Gökçen Hava Limanı) marşrutu üzrə gecikmə ilə həyata keçirilən J2-9103 və J2-9105 reysləri İstanbula deyil, İzmirə eniş edib.

Təyyarənin göyərtəsində olan sərnişinlərdən birinin XəzərNews.az-a verdiyi məlumata görə, səhər 07.45-də baş tutmalı olan reys axşam 18:15-dən sonra havaya qalxıb.

İstanbula uçan təyyarə hava limanına eniş edə bilməyib və İzmir Hava limanında eniş edib.

Bakı vaxtı ilə saat 22:20-yə olan məlumata görə, İstanbul yolçuları İzmirdə təyyarənin göyərtəsində gözləyirlər.



* * *

15:20

"Buta Airways" aviaşirkətinin Bakı-İstanbul (Sabiha Gökçen Hava Limanı) marşrutu üzrə həyata keçiriləcək J2-9103 və J2-9105 reyslərinin uçuşu gecikir.

XəzərNews.az-a daxil olan məlumata görə, hava limanının nümayəndələri gecikməni İstanbuldakı qarlı hava şəraiti ilə əlaqələndirilər.

Səhər 07.45-də baş tutmalı olan reys axşam olmasına baxmayaraq hələ də gözləmədədir. Təyyarə biletinə, otellərin rezarvasiyasına pul ödəyən sərnişinlər çətin vəziyyətdə qalıblar.

AZAL-ın rəsmi saytında "gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunublar" – açıqlaması isə ağ yalandan başqa bir şey deyil: “Bizi heç nə ilə təmin etmirlər, ac-susuz gözləyirik”.

Şikayətçilər bildirir ki, onların AZAL-ın səlahiyyətli nümayəndəsini tələb etmələrinə yalnız qeydiyyatda oturan agentlər cavab verir: “Deyirlər ki, reys ləğv olunacağı təqdirdə yalnız biletlər dəyişdiriləcək, digər xərclərə AZAL cavabdeh deyil. Məhkəməyə verib dəyən zərəri geri istəyə bilərsiniz”.

Bu arada "Buta Airways" aviaşirkəti məlumat yayaraq bildirib ki, Bakı-İstanbul (Sabiha Gökçen Hava Limanı) marşrutu üzrə həyata keçiriləcək J2-9103 reysinin uçuşu təyinat məntəqəsində əlverişsiz hava şəraiti ilə əlaqədar gecikir:

“İstanbul hava limanında güclü qar müşahidə olunur. Gecikmiş reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin edilirlər”.

Saytmıza İstanbulan verilən məlumata görə, uçuşun həyata keçiriləcəyi məntəqədə hava şəraiti heç də "Buta Airways" aviaşirkətinin yaydığı məlumatda qeyd edildiyi kimi mürəkkəb deyil.

Digər tərəfdən hava şəraitinin pis olacağı və ya təyyarənin gecikəcəyi ilə bağlı sərnişinlərə əvvəlcədən heç bir məlumat verilməyib.

Xəbər 1564 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +