İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


30.10.2021  21:23 

Dağlarda unudulan kənd: nə yol, nə qaz, nə də məktəb var... Foto





A+  A-

Sosial şəbəkələrdə Cəlilabad rayonunun Məşədihüseynli kəndi ilə bağlı görüntülər yayılıb.

XezerNews.az xəbər verir ki, görüntülərdən də aydın olduğu kimi kəndin torpaq yolları yağışdan sonra bərbad hala düşür. Yollarda nə daş, nə də çınqıl var, insanlar palçıq yollarla hərəkət edirlər.

Sakinlər bildirirlər ki, payız və qış aylarında təcili xəstəxanaya ehtiyacı olan ağır xəstələr elə yollarda keçinir, hamilə qadınlar isə yollarda uşaq dünyaya gətirirlər. Onu da əgər gətirə bilsələr…

Sakinlər qeyd edir ki, rayon mərkəzindən 15 km məsafədə yerləşən kənddə nə yol, nə məktəb, nə də qaz var: “Bir sözlə dövlətin bu kənddən xəbəri yoxdur”.

Uşaqlarının qonşu kənd məktəblərinə getdiyini vurğulayan sakinlər onların 3-4 km məsafə qət etdiklərini bildirirlər: “Havalar soyuyandan və yerə yağış düşəndən sonra uşaqlarımız məktəbə də gedə bilmirlər, savadsız böyüyürlər”.

Maraqlıdır ki, Təhsil Nazirliyinin saytında (https://jalilabad.edu.gov.az/az/page/8630) Cəlilabad rayonuna aid məktəblər sırasında Məşədihüseynli kəndinin adına rast gəlmədik.

Qeyd edək ki, Məşədihüseynli kəndi rayonun Çinar və Həsənli kəndləri ilə həmsərhəddir.









Xəbər 1142 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +