İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


24.09.2021  17:38 

Beynəlxalq Məhkəmə Azərbaycanın Ermənistana qarşı iddiasını qəbul edib





A+  A-

Azərbaycan “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiya”nın sistematik pozulmasına görə Ermənistanın məsuliyyətə cəlb edilməsi məqsədilə Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Məhkəməsinə iddia göndərib. Bu barədə Beynəlxalq Məhkəmənin saytında deyilir.
İddiada göstərilir ki, Ermənistan milli və ya etnik mənşə zəminində azərbaycanlılara qarşı diskriminasiya hərəkətlərində iştirak edib və bunu davam etdirir.

“Ermənistanın etnik təmizləmə ilə bağlı siyasəti və hərəkəti, azərbaycanlılara qarşı nifrətin qızışdırılması sistematik xarakter daşıyır və Birləşmiş Millətlər Təşkilatının müvafiq Konvensiyasının pozulmasıdır”, – iddiada deyilir.

Ermənistan Konvensiyanın pozulmasına görə məsuliyyət daşıyır, Azərbaycana və Azərbaycan xalqına dəyən zərərin əvəzini ödəməlidir.

Həmçinin iddiada Beynəlxalq Məhkəmə tərəfindən bu iddia üzrə qərarı qəbul edilənədək Ermənistana qarşı müvəqqəti təminat tədbirlərinin tətbiq edilməsi tələb olunur.

Xatırladaq ki, bundan öncə Ermənistan da Azərbaycana qarşı analoji iddia qaldırmışdı.

Contact.az

Xəbər 2099 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +