İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


18.09.2021  09:45 

Eldar Həsənov məhkəmədən xərəkdə çıxarıldı





A+  A-

Keçmiş baş prokuror və sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.
XəzərNews.az Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Eldar Həsənov ifadə verməyə davam edib. O, səhhətindəki problemlərin daha da kəskinləşdiyini deyib və xəstəxanaya köçürülməsini istəyib.

Hakim isə bildirib ki, onun xəstəxanaya köçürülməsi üçün ekspertiza rəyi olmalıdır: "Eldar müəllim, bunun üçün tibb ekspertizasının rəyi lazımdı. Bu rəy isə yoxdur. Ona görə də sizin xəstəxanaya köçürülməyiniz mümkün deyil. Vacib deyil ki, sizin məhkəməniz günün sonuna qədər keçirilsin. Nə qədər imkanınız çatır, o qədər keçirərik prosesləri. Amma siz məhkəmədə olmalısınız".

İttihamları qəbul etmədiyini deyən E.Həsənov əlavə edib ki, istintaq dövründə istər ölkədə, istərsə də xaricdə xeyli insan dindirilib. Onların arasında bir nəfər də onu tanıdığını, onunla görüşdüyünü deməyib.

Eldar Həsənovun vəkili onun haqqında həbs qətimkan tədbirinin ev dustaqlığıyla əvəzlənməsi haqda vəsatət qaldırıb. Lakin vəsatət təmin edilməyib.

Daha sonra Eldar Həsənovun durumu pisləşib, məhkəməyə təcili yardım çağırılıb. Həkimlər onun təzyiqinin kəskin yüksəldiyini bildirib. Sabiq səfirə xərəkdə uzandırılaraq, oksigen balonu qoşulub. Həkimlər bu vəziyyətdə məhkəmədə iştirakının mümkün olmayacağını deyib. Bu səbəbdən məhkəmə sentyabrın 20-nə qədər təxirə salınıb.

Məhkəmədən sonra sosial şəbəkədə Eldar Həsənovun məhkəmə binasında xərəkdə fotosu yayılıb.

Eldar Həsənova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə, külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) 308-1.1 (Dövlət büdcəsinin vəsaitindən təyinatı üzrə istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Xəbər 1686 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +