İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


09.09.2021  14:09 

Yeni tibb ixtisasları üzrə imtahanların keçirilmə qaydaları





A+  A-

Sertifikasiya Komissiyasında yeni 18 ali tibb ixtisas üzrə imtahanlarının keçirilməsi üçün hazırlıq gedir.
Səhiyyə Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, sertifikasiya komissiyası Azərbaycan Respublikası Nazirlər kabinetinin 08-06-2010-cu ildə 108-ci qərarı əsasında yaradılıb. 05 Yanvar 2011-ci il tarixindən Komissiyanın fəaliyyətinə start verilib. İmtahanlar 42 ali və 7 orta tibb ixtisası üzrə keçirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 iyun tarixli 95 nömrəli Qərarında dəyişiklik edildikdə 18 yeni ali tibb ixtisası əlavə olunmuşdu və həmin dəyişikliklər 15 sentyabr 2019-cu il tarixindən qüvvəyə minir.

Ailə təbabəti
2. Nüvə təbabəti

3. Endodontiya

4. Parodontologiya

5. Restorativ stomatologiya

6. Ortopedik stomatologiya

7. Uşaq stomatologiyası

8. Ortodontiya

9. Uşaq və yeniyetmə psixiatriyası

10. Neonatologiya

11. Uşaq endokrinologiyası

12. Uşaq kardiologiyası

13. Uşaq nefrologiyası

14. Uşaq nevrologiyası

15. Uşaq qastroenterologiyası

16. Uşaq urologiyası

17. Uşaq yoluxucu xəstəliklər

18. Uşaq ürək-damar cərrahiyyəsi

Sertifikasiya Komissiyasında yeni 18 ali tibb ixtisas üzrə imtahanlarının keçirilməsi üçün hazırlıq gedir.

Səhiyyə Nazirliyinin 02 iyul 2021-ci il tarixli protokoluna əsaslanaraq, ali təhsil pilləsində (baza ali) tibb təhsilini bitirən (yanı internatura və ya rezidenturası olmayan) şəxslərin üçün müvafiq olaraq müalicə işi (tibb), pediatriya (baza), tibbi profilaktika (ictimai səhiyyə) və stomatologiya (baza) ixtisaslar üzrə imtahanların keçirilməsi planlaşdırılır.

Sertifikasiya Komissiyasında daha bir yenilik var. Şüa diaqnostikası ixtisası üzrə keçirilən imtahanlarında dəyişiklik olacaq.

Şüa diaqnostikası üzrə həkimlərin fərqli cihazlarda çalışdıqlarını nəzərə alaraq, həmin həkimlərin imtahanları fərqli formatda keçiriləcək. İmtahanda verilən sualların əsas hissisə çalışdığı cihaz üzrə, dəyər suallar isə ümumi şüa diaqnostikası ixtisası üzrə olacaq.

Sertifikasiya Komissiyasında imtahana hazırlıq təlimləri və sınaq imtahanları keçirilir.

Xəbər 2298 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +