İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


24.12.2020  14:28 

Rusiyaya mühacir axını azalıb





A+  A-

Sabit iqtisadi inkişafa nail olmaqda çətinlik çəkən Rusiyaya keçmiş Sovet ölkələrindən pul qazanmaq üçün axın edən mühacirlərin sayı kəskin şəkildə azalıb.
XəzərNews.az xəbər verir ki, Rusiya Federal Statistika İnstitutunun (Rosstat) məlumatlarına əsasən, Rusiyaya köç edənlərin sayı 2020-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 58 faiz azalıb, rəqəmlər 69 minə çatıb.

Dövlət İdarəetmə və Xalq Təsərrüfatı Akademiyasının (RANHiGS) hazırladığı “Sosial-İqtisadi İnkişaf tendensiyaları və çağırışları” hesabatında Rusiyada çalışan miqrant sayının 2014-cü ildən bəri azaldığı qeyd olunub. Həmin ildən bu yana Rusiyaya gələn miqrantların sayı 565 mindən 600 minə qədər sabitlənsə də, tərk edən mühacirlərin sayı 2014-cü illə müqayisədə 43 faiz azalıb və 2018-ci ildə 441 min nəfər təşkil edib.

Rusiya Daxili İşlər Nazirliyindən əldə edilən məlumata əsasən, ölkədə hər il orta hesabla 10 milyon insan olduğu halda, 2020-ci ildə yalnız 6 milyon immiqrant var. Bu immiqrantlardan yalnız 1 milyonunun daimi və ya müvəqqəti yaşayış icazəsi mövcuddur.

Qeyd olunur ki, Krımın işğalı və neft qiymətlərinin kəskin düşməsi, Qərb ölkələri tərəfindən tətbiq olunan sanksiyalar Rusiya iqtisadiyyatını aşağı salıb, maliyyə böhranı yaşanıb.

Xəbər 1386 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +