İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


17.11.2020  08:46 

Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilə bilər - Sarkisyan açıqladı





A+  A-

Ermənistan prezidenti Armen Sarkisyan hökuməti və Milli Məclisi erkən parlament seçkilərə hazırlaşmağa çağırıb.
XəzərNews.az erməni KİV-nə istinadən xəbər verir ki, Sarkisyanın sözlərinə görə, ölkəsi həm müharibə meydanında, həm də diplomatik arenada uduzub və bu səbəbdən seçkilər qaçınılmazdır.

“Yaralı iqtisadiyyatımız çox böyük sosial problemlərə gətirib çıxaracaq. Dağlıq Qarabağdan gələn insan axını nəticəsində humanitar böhran yaşanacaq. Biz reallığı görməzdən gəlib adi həyat tərzi sürə bilmərik”, - deyə erməni prezident sözlərinə əlavə edib.

Sarkisyan, həmçinin, bildirib ki, o, parlamentarilərlə, ictimai qruplarla və diaspor nümayəndələri ilə bir neçə görüş keçirib və əksəriyyət hökumətin istefasını və ya nazirlər kabinetinin səlahiyyətinə xitam verilməsini, növbədənkənar parlament seçkilərinin keçirilməsini istəyir.



Xəbər 1288 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +