İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


20.10.2020  17:12 

“Koronavirusa təkrar yoluxma halları get-gedə artmaqdadır”





A+  A-

“Koronavirusa təkrar yoluxma halları get-gedə artmaqdadır”.
XəzərNews.az xəbər verir ki, bunu REAL TV-yə infeksion xəstəliklər və klinik mikrobiologiya uzmanı Fərrux Sədirov deyib.

İnfeksionst bildirib ki, koronavirus təkcə ağciyərlərin deyil, multisistemin - bütün orqanizmin xəstəliyidir. Virusun ən böyük fəsadı ağciyərlərdə özünü göstərir:

“Bu xəstəliyin əsas fəsadlarından biri bütün çaplı damarları tuta biməsidir. Koronavirus keçirmiş insanlarda post-“COVID” fəsadlaşmalar yarana bilir. Dünyada bu virusa təkrar yoluxanlar var və bu hallar get-gedə artmaqdadır. Bu məntiqlə koronavirusa yoluxan bütün şəxslərin qanında immunoqlobulin olmur. Bu da xəstəliyin təkrar yoluxmasına imkan verir və 2-3 ay sonra təkrar yoluxma ola bilər”.

F. Sədirov koronavirusun aşkarlanması üçün aparılan testlərdən də danışıb və bildirib ki, PSR testin həssaslığı 98 faizdir. Amma testin alınma şəkli və xəstəliyin mərhələsi bu həssasiyyəti dəyişə bilər:

“Yəni 100 nəfərdən 66-da müsbət, digər 33-də mənfi göstərə bilər. Testin təkrarlanmasına gəlincə isə, heç bir simptom olmayan xəstədə bu testin müsbət çıxma ehtimalı çox azdır. Simptomların görünməsindən 2 gün öncəyə qədər PSR test neqativdir. Vücudda virus daşısa belə test mənfi ola bilər. Bunlara “test neqativ KT pozitiv” xəstələr deyirik”.

Həkim həmçinin bildirib ki, hazırda ikincili bakterial infeksiyaların faizləri artıb. Bu ağciyərin daha ciddi zədələməsi və xəstələrin evdə nəzarətsiz antibiotik istifadəsinin nəticəsində yaranır. Xəstəliyə yoluxma ilə ölüm arasında faiz isə dəyişməyib. Hazırda əvvəlki kimi yoluxanların 1,5-2 faizi həyatını itirir.

“ÜST tərəfindən “COVID-19”un profilaktikasında istifadə olunan təsdiqlənmiş qoruyucu, profilaktik dərman preparatı yoxdur. Amma biz özümüzü qoruya bilərik. Bura həm mexaniki qorunma vasitələri - maska, əl gigiyenası, sosial məsafə, həm də fizioloji qorunma, yaxşı qidalanma, ən azı 8 saat yuxu daxildir. Bu vasitələrlə hər kəs orqanizmini möhkəmləndirə bilər”, - həkim qeyd edib.

Xəbər 1326 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +