İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


12.08.2020  18:36 

ABŞ-da çimərliklər və parklar bağlanır





A+  A-

Havay adalarında (ABŞ) koronavirus infeksiyası ilə xəstələnənlərin sayı yenidən artmağa başlayıb.
XəzərNews.az bildirir ki, bu barədə “Travel and Leisure” xəbər verib.

Pandemiya dövründə bu Amerika ştatında koronavirusa 3600 yoluxma halı qeydə alınıb, onlardan 231-ötən həftəsonu.

Bu səbəbdən ştatın qubernatoru Devid İqe adalar arasında səyahət etmək üçün məcburi karantini bərpa edib. Daha əvvəl o, aprelin 1-dən iyunun 16-dək Kauai, Maui və Kalavaoya səfər edənlər üçün tətbiq edilmişdi.

“Biz Oahuda COVID-19 hallarının artması səbəbindən qonşu adaların sakinlərini qorumalıyıq”, - deyə məmur bildirib.

Honolulu şəhərinin yerləşdiyi Oahu adasına səfər edərkən iki həftəlik özünütəcridə riayət etmək lazım deyil. Lakin orada bir neçə gün əvvəl parklar, çimərliklər bağlanıb, attraksionların və əyləncə mərkəzlərinin işi dayandırılıb. 10-dan çox adam qrup halında toplaşa bilməz. İctimai yerlərdə yerli sakinlər və turistlər maska taxmalı və sosial məsafəyə riayət etməlidirlər.

Xəbər 1168 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +