İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


09.06.2020  12:12 

Zelenski koronavirusa yoluxmaq istəyib





A+  A-

Ukrayna Prezidenti Vladimir Zelenski vətəndaşları koronavirusa inandırmaq üçün xəstəliyə yoluxaraq özünü təcrid etmək istədiyini açıqlayıb.
XəzərNews.az xəbər verir ki, Zelenski bu barədə “Ukrainskaya Pravda” qəzetinə müsahibəsində bildirib.

“Mən özüm bu mərhələni keçmək istədim ki, insanlara rahat olsun”,- deyə Zelenski qeyd edib.

Zelenskinin sözlərinə görə, o, bu barədə ilk dəfə tərəfdaşlarına söyləyib. “Onlara dedim ki, gəlin mən xəstələnim, məni dərhal Bankovada təcrid edin. Mən bunu normal keçirəcəyəm. Onda insanlar koronavirusun qorxulu olduğunu, ancaq vəba olmadığını başa düşəcəklər. Depressiya olmamalıdır. Çünki ilk vaxtlar çox qorxulu idi, insanlar düşünürdülər ki, hamımız öləcəyik”,- deyə Zelenski vurğulayıb.

Daha sonra isə Ukrayna dövlət başçısı ailəsinin bu addımı ona bağışlamayacağını bildirərək, bu fikirdən daşındığını qeyd edib. “Mənim dəli olduğumu deyərdilər. Haqlı da olardılar”,- deyə o, sözlərinə əlavə edib.

Xəbər 1321 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +