İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


01.04.2020  21:56 

“Bəs siz hardasınız?!“ - Diaspor rəhbəri onları boşboğaz adlandırdı





A+  A-

"Ukraynada diaspor hərəkatında koronavirus anlayışı virus kimi deyil, illər uzunu boşboğazlıq edən bəzi şəxslərin əsl üzünü göstərən imtahan kimi tarixə düşəcəkdir"
XəzərNews.az xəbər verir ki, bu sözləri, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadov Facebook səhifəsində qeyd edib.

Diaspor rəhbəri daha sonra bildirib ki, Ukraynada ehtiyacı olan soydaşlarımıza müəyyən qədər yardımlar edilib:

"Ukraynada yüzə yaxın soydaşımızın məlum səbəblərdən yaşayış yeri, ərzaq təminatına ehtiyyacı olduğu zamanda hər zaman toplantılarımızda hər kəsdən çox çıxış edən, pafoslu sözlərdən ibarət müsahibələr verən, rəngbərəng vizit kartları paylayıb sinələrinə döyən nümayəndələrimizin böyük bir hissəsi gündəlik çağırışlarımıza baxmayaraq gözə dəymirlər. Söhbətin təkcə maddi köməkdən getmədiyini hamımız anladığımız kimi onu da anlayırıq ki, vəziyyət düzələndən sonra onlar öz "faydalı" işlərinə davam edəcəklər".

Bütün dünya səviyyəsində qlobal bir problemin yaşanıldığı bir zamanda kənardan sadəcə prosesi izləməklə fəaliyyətlərini bitmiş bilən şəxslərə deyəcəklərimiz var:

"Diasporun missiyası gündə bir elektron ünvana müraciət və bəyanatlar ünvanlamaq yox, öz soydaşları ilə təmasda olaraq onların problemlərini həll etməkdir. Qərargahımıza hər gün 50-dən çox vətəndaşımız müraciət edir və kömək diləyir. Bəs siz hardasınız?!! Niyə edilən müraciətlərlə maraqlanmırsınız?!! Diaspor fəaliyyəti tədbirlərdə ön sırada əyləşib şəkil çəkdirmək, gurultulu çıxışlar etmək, təkliflər irəli sürüb mübahisələr etməklə bitmir. Soydaşlarınızın yanında olun! Dövlətinizə və millətinizə dayaq olun ki, diasporun adından çıxış etməyə haqqınız olsun!"
Bu arada son günlər çağırışlarımıza anında müsbət reaksiya verərək öz həmvətənlilərinə dəstək verən aşağıda adlarını qeyd etdiyim şəxslərə təşkilatımız adından xüsusi təşəkkürümü bildirmək istəyirəm.

Oqtay Əfəndiyev
Arzum Məhərrəmov
Mətləb Mustafayev
Həzi Aslanov
Fuad Əliyev
Anar Ələkbərov
Faiq Hüseynov
Vüsal Allahverdiyev
Nurəli Məmmədov

Var olun! Hər kəsə nümunəsiniz!








Xəbər 1124 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +