İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


04.03.2020  18:34 

“İşlənmiş pullar Mərkəzi Bankda sterilizasiya olunur”





A+  A-

Hazırda bütün dünyanı narahat edən virus infeksiyaları xəstəliklərinin yayılmasında, əldən-ələ dolaşan nağd pulun da təsiri var. Buna görə də pulların təmizlənməsi prosesi gündəmdədir. Dünyada virus xəstəliklərinin yayıldığı dövrdə mikrob və bakteriyalardan xilas olmaq üçün bəzi ölkələrdə nağd pulların ultrabənövşəyi şüalarla təmizlənməsi üzrə çalışmalara başlanılıb.
Koronavirus təhlükəsinə görə, zərurət yaranacağı halda, Mərkəzi Bankda da belə təmizlik işlərinin aparılması üçün şərait və avadanlıqlar varmı?

XəzərNews.az xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan qurumun mətbuat xidmətinin rəhbəri Namiq Əliyev bildirib ki, Mərkəzi Bank beynəlxalq təcrübəni də nəzərə almaqla milli pul nişanlarının istehsalını insan sağlamlığına zərərli olmayan materiallardan istifadə olunmaqla həyata keçirir:

“Bununla yanaşı, pul nişanları tədavülə buraxıldıqdan sonra onların dövriyyədə keyfiyyətinin yüksək səviyyədə saxlanılması məqsədilə Mərkəzi Bank tərəfindən tədavüldə təmiz pul siyasəti qəbul edilir. Bu siyasət çərçivəsində Mərkəzi Bank dövriyyədə köhnəlmiş, çirklənmiş və yararsız hala düşmüş pul nişanlarının kommersiya bankları və əhali ilə yaradılmış birbaşa kanallar vasitəsilə yığaraq tədavüldən çıxarılmasını, müvafiq Dövlət Komissiyasının iştirakı ilə məhv edilməsini həyata keçirir. Təkrar dövriyyəyə buraxılan pul nişanları isə Mərkəzi Bankda istifadə olunan və beynəlxalq təcrübədə ən son texnoloji standartlara cavab verən avtomatlaşdırılmış banknot emalı avadanlıqlarında yüksək təzyiqli hava axınları vasitəsilə xüsusi infraqırmızı və ultrabənövşəyi şüalandırmadan keçməklə yüksək temperatur rejiminə malik qablaşdırma sistemlərində müxtəlif toz və çirklərdən sterilizasiya olunaraq qablaşdırılır. Qablaşdırılmış pullar isə Mərkəzi Bankın xüsusi rejimli xəzinə saxlanclarında saxlanılır”.

N.Əliyevin sözlərinə görə, bu xəzinələr müasir temperatur və rütubət tənzimləyən sistemlərlə təchiz edilib:

“Sanitar epidemik normalara uyğun dövri olaraq dezinfeksiyası olunur. Bununla yanaşı, dövriyyədə olan pul nişanlarının təmizliyinin və yüksək keyfiyyətinin təmin edilməsi üçün Mərkəzi Bank tərəfindən kommersiya banklarına daim xüsusi göstərişlər verilir, dövriyyəyə yalnız Mərkəzi Bankın müvafiq avadanlıqlarında emal olunmuş pulların buraxılması tapşırılır və eləcə də əhali üçün maarifləndirici tədbirlər həyata keçirilir”.

Xəbər 1209 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +