İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


22.02.2020  11:54 

Əfqanıstan müharibəsi bu tarixdə bitə bilər





A+  A-

Rəsmi Vaşinqton fevralın 29-da “Taliban”la saziş imzalamağa hazırlaşır.
XzəərNews.az-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət katibi Mayk Pompeonun adından yayılmış bəyanatda bildirilir.

“ABŞ və Taliban, Əfqanıstandakı müharibəyə son qoyacaq bir siyasi tənzimləməni təşviq etmək, ABŞ və müttəfiq qüvvələrin bu ölkədəki varlığını azaltmaq və heç bir terror qruplaşmasının artıq ABŞ-ı təhdid etmək üçün Əfqanıstan torpaqlarından istifadə etməməsini təmin etmək üçün genişmiqyaslı danışıqlar aparır.

Son həftələrdə ABŞ-ın Dohada Milli Birlik (Əfqanıstan) Hökuməti ilə danışıqları Əfqanıstandakı zorakılığı milli səviyyədə əhəmiyyətli dərəcədə azaltmaq üçün “Taliban”la razılıqla nəticələnib. Bu razılaşmanın müvəffəqiyyətlə həyata keçirilməsindən sonra ABŞ və “Taliban” arasında müqavilələrin imzalanacağı gözlənilir. Müqavilə fevralın 29-da imzalanacaq, o vaxtdan sonra əfqanlararası danışıqlara başlayacağıq”, deyə məlumatda vurğulanır.

Pompeonun sözlərinə görə, çətinliklər qalsa da Dohada əldə olunan irəliləyiş ümidləri ruhlandırır və real fürsət təqdim edir: “ABŞ bütün əfqanları bu anı dəyərləndirməyə çağırır”.

Xatırladaq ki, ABŞ və Taliban arasında birbaşa danışıqlar 2018-ci ildə başlayıb. İndiyə qədər danışıqlar prosesi demək olar ki, nəticəsiz olub, hətta ABŞ Prezidenti Donald Tramp 2019-cu ilin sentyabrında qrupla danışıqların “öldüyünü” bildirib.

Xəbər 1111 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +