İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


13.01.2020  10:19 

Nazirlik 351 binaya rəy verdi





A+  A-

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasına dair məlumat
Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi (FHN) və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilib.

FHN-nin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, fərmanın icrası ilə bağlı görülmüş tədbirlər nəticəsində ümumi sahəsi 7 321 354 m2 olan 73979 mənzilli, ümumilikdə 1275 girişli 351 binaya (kompleksə) dair müsbət rəy verilib:

“320-si Bakı şəhəri, 19-u Abşeron rayonu, 2-si Sumqayıt şəhəri, 7-si Gəncə şəhəri, 1-i Mingəçevir şəhəri, 1-i Lənkəran şəhəri, 1-i isə Zərdab rayonunda yerləşən bu binalara dair sənədlər komplektləşdirilərək, müvafiq qaydada onların istismara hazır olması barədə tərtib edilmiş rəy aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Abşeron Rayon, Sumqayıt Şəhər, Gəncə Şəhər, Mingəçevir Şəhər, Lənkəran Şəhər və Zərdab Rayon İcra hakimiyyətlərinə təqdim olunub”.

Qeyd olunub ki, aparılmış müayinələr nəticəsində aşkar edilən çatışmazlıqların aradan qaldırılması üzrə işlərin vaxtında başa çatdırılmasının təmin edilməsi, bu istiqamətdə qarşıya çıxan məsələlərin operativ həlli üçün birgə fikir mübadiləsinin aparılması məqsədilə mövcud çatışmazlıqları qalan yaşayış binalarının sifarişçilərinin və həmin binalarda yaşayan sakinlərin iştirakı ilə mütəmadi görüşlər keçirilib:

“Fövqəladə Hallar Nazirliyinin, habelə digər aidiyyəti dövlət oqanlarının nümayəndələrinin iştirakı ilə keçən görüşlərdə hər bir bina üzrə mövcud vəziyyət təhlil edilib və nöqsanların aradan qaldırılması istiqamətində görülən işlərin müzakirəsi aparılıb”.

Xəbər 1005 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +