İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


09.01.2020  10:08 

“Bakı Metropoliteni” maşinist axtarır





A+  A-

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti hərəkət qatarlarının maşinisti peşəsi üzrə namizədlərin seçimi prosesinin başlandığını elan edir.
XəzərNews.az xəbər verir ki, seçimdə iştirak etmək istəyən namizədə dair tələblər aşağıdakı kimidir:

• yaşı 24-30 arasında olan kişilər və qadınlar;

• ali texniki və orta texniki təhsilli, ilk peşə ixtisaslı;

• kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə).

Seçim məntiq, müsahibə və psixoloji testlərin keçirilməsi yolu ilə aparılacaq. Mərhələləri uğurla keçən namizədlər tibbi yoxlamadan sonra tədris prosesinə qatılacaqlar.

Tədris həm nəzəri, həm də praktiki hissələrdən ibarət olmaqla 5-6 ay davam edəcək. Tədris prosesi nəzəri və praktiki məşğələlərdən ibarətdir. Hər təlim-tədris mərhələsinin sonunda müdavimlər imtahanlara cəlb olunacaq və uğur qazanacağı təqdirdə kursu davam etdirəcəklər.

İddiaçılar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.

Elektron müraciət doldurularkən, iddia etdiyiniz peşə kimi “maşinist” göstərilməlidir. Elektron ərizələr 31 yanvar 2020-ci il tarixinə qədər qəbul edilir.



Xəbər 1239 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +