İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


04.01.2020  10:42 

Oqtay Gülalıyevin səhhətində irəliləyiş var, saz musiqisi dinlədi - VİDEO





A+  A-

Türkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında müalicə alan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində irəliləyiş var.
XəzərNews.az xəbər verir ki, jurnalist Əvəz Zeynallı Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli ilə birlikdə hüquq müdafiəçisini ziyarət edib.

"Bu gün İstanbulda yaşayan dostumuz Aqil Səmədbəyli ilə birlikdə hüquq müdafiəçisi Oqtay Gülalıyevi ziyarət etdik. Çox nikbin ayrıldıq. Uzun-uzun saz musiqisi dinlətdik Oqtaya. Bizi hiss elədi, gözlərini açdı, ağzını tərpətdi, açdı, əlini oynatdı - sanki bizimlə danışmaq istəyirdi. Ürəyimiz dəfələrlə hopladı. Oqtay bəy sanki dediklərimizi anlayır, bizə cavab vermək istəyirdi. Onunla xeyli danışdıq, səsimizi eşitdi elə bil, diqqət kəsildi bizə", - deyə Ə.Zeynallı bildirib.

Qeyd edək ki, O.Gülalıyev qəzadan sonra onu vuran sürücü Kənan Abdullayev tərəfindən “Semaşko”ya aparılıb, oradan isə “City Hospital” xəstəxanasına aparılaraq əməliyyat olunub. Komada olduğu üçün ailəsinin istəyi ilə Heydər Əliyev Fondunun yardımı əsasında müalicəsinin Türkiyədə davam etdirilməsinə qərar verilib.



Xəbər 558 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +