İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


18.12.2019  14:11 

Bulvarda Yeni il belə qeyd olunacaq





A+  A-

Bu il Bulvarda Yeni il daha təmtəraqlı olacaq.
XəzərNews.az xəbər verir ki, bu barədə məlumatı Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı paylaşıb. O bildirib ki, bütün Milli Park ərazisi yeni dizaynda, daha rəngarəng və müasir formada bəzədilir:

“Artıq Neftçilər prospekti boyunca və Bulvar ərazisindəki bütün Şam ağacları və dirəklər çılçıraqlarla bəzədilib. Bulvar boyunca ayrı-ayrı rəngarəng kompazisiyalar qurulur.

Bayram günlərində Bulvara giriş istiqamətlərində paytaxt sakinləri və qonaqlar təmtəraqlı bəzəklərlə qarşılanacaq. Artıq Kukla teatrının yanındakı yeraltı keçidin önündə bulvar ərazisi istiqamətində işıqlarla bəzədilən, uzunluğu 67 m olan tunel quraşdırılıb.

Bulvar ərazisində iki Yolka quraşdırılıb. Bunlardan biri Köhnə Bulvar ərazisində Dinamo deyilən yerdə (təxminən 12 metr), digəri Ağ Şəhər Bulvarı ərazisində (təxminən 18 metr) hündürlüyündədir.
Bayram günlərində Bulvarda Yeni ilin bütün atributlarına rast gələ biləcəksiniz. Rəngarən bəzədilmiş retro maşınlar müəyyən ərazilərdə hərəkət edəcək”.

G. Yelmarqızı onu da qeyd edib ki, gələn həftədən başlayaraq təxminən 3 həftə ərzində Kukla Teatrının arxasında yerləşən meydanda bayram proqramı təqdim olunacaq: “Milli Parka gələn paytaxt sakinləri və şəhərimizin qonaqlarını maraqlı surprizlər, canlı musiqi gözləyir”.

Xəbər 1093 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +