İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


03.12.2019  10:46 

“Dedi ki, Röya xala, “peraşki” qurtardı deyə boşandız?”





A+  A-

“Sürücümlə 12 ildir çalışıram. Onun oğlu dünyaya gəlmişdi, biz isə həmin gün qonaqlıqda idik. Amma bir az içdim, normanı aşdım. Buna görə də, üzr istəyirəm”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan “3D” proqramına qonaq olarkən deyib. O, bununla da bir neçə il bundan əvvəl aparıcı Nəsib Nurun aparıcılıq etdiyi “Nəsib olsa” proqramına içkili çıxdığını etiraf edib.

Bundan əlavə, sənətçi oğlu Hüseynin təhsil aldığı məktəbdə baş verən hadisədən danışıb: “İstəmirəm ki, məktəbdə oğluma “anası müğənnidir” deyə müraciət olunsun. Mən sizə bir misal çəkim. Bir dəfə 5-6 yaşlı uşaq mənə dedi ki, Röya xala, “peraşki” (həyat yoldaşı Anar Cəlilovdan ayrılması ilə bağlı söhbət- red.) qurtardı deyə boşandız? Deməli, evdə mənim haqqımda danışıblar ki, uşaq da gəlib məktəbdə danışır. Yəni, bu 5 yaşında uşağın dərk edəcəyi yumor deyil”.

Röya daha sonra Xalq artisti Brilliant Dadaşovanın “musiqinin milləti yoxdur” açıqlamasına münasibət bildirib: “Mənə maraqlıdır, Brilliant xanım daha sonra erməni musiqiçiyə yazdığı “super” şərhini niyə pozdu? Deməli, o, öz etdiyinə inanmaq istəmədi. Biz nə qədər danışsaq da, mənim millətimi incidənlərə “super” yaza bilmərəm. Qarabağlıyam, bütün nəslim öz vətənindən uzaq düşüb, onların əziyyətini çəkirəm. Bu qədər problemin arasında onlara “super” yazacam? İstəyirsə, mahnımı əla oxusun! Amma belə etmərəm”.

Xəbər 1516 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +