İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


13.11.2019  12:23 

“O, deputat nədir, adamlığa layiq deyil” - Rəqibindən Araz Əlizadəyə SƏRT MESAJ





A+  A-

Milli Məclisin deputatı Araz Əlizadə son günlər sosial şəbəkələrdə və mətbuatda qalmaqallı açıqlamaları ilə müzakirə olunur. O, İctimai Televiziyada yayımlanan “3D” verilişində qonaq olarkən səsləndirdiyi bəzi xoşagəlməyən fikirləri ilə yenidən tənqid hədəfinə tuş gəlib. Deputat Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın 1918-ci ildə Azərbaycanda pul müqabilində döyüşdüyünü və azərbaycanlılarla türklərin heç bir qan bağlılığının olmadığını bildirib. Bu açıqlamalarının ardından deputat nəinki ictimaiyyət, həm də həmkarları tərəfindən tənqidlərə tuş gəlib.
Ard-arda onu fikirlərinə ən sərt formada reaksiyalar verilir. Hətta onun deputatlıq mandatından məhrum edilməsi barədə tələblər də səslənməkdədir. A.Əlizadənin həmkarlarına onun məsələsinin parlamentdə qaldırılması barədə çağırışlar edilir.
Hətta Araz Əlizadənin seçildiyi dairənin sakinlərinin ötən parlament seçkilərində onun rəqibi olmuş, sabiq deputat İqbal Ağazadəyə müraciət etdiyi də bildirilir. Sosial şəbəkələrdə səsləndirilən iddialara görə, sakinlər İ. Ağazadədən növbəti seçkilərdə yenidən namizədliyini irəli sürməsinin və onları A.Əlizadədən qurtarmasını istəyib.

XəzərNews.az bildirir ki, bununla bağlı Modern.az-a danışan İ. Ağazadə isə deyilənləri fərqli bir cavabla təkzib edib:

“Araz Əlizadənin heç bir seçicisi yoxdur və olmayıb. Seçicisi olmadığına görə, mənə müraciət edən də olmayıb”.

Sabiq deputat deyib ki, A. Əlizadəni nə o, nə də seçici qiymətləndirə bilər:

“Kim ora qoyubsa, o da qiymətləndirsin. Onu mənim yerimə seçməyiblər, təyin ediblər. Araz Əlizadənin nə mənə, nə seçiciyə aidiyyəti var. Ümumi götürəndə isə onun heç Azərbaycan xalqına da aidiyyəti yoxdur.

O, deputat nədir, adamlığa belə layiq deyil. Bu adam millətini təhqir edir, xalqını aşağılayır. Azərbaycan xalqına layiq deyil”.

İ. Ağazadə gələn il parlament seçkiləri üçün namizədliyini yenidən irəli sürəcəyini açıqlayıb:

“Mən öz dairəmi bilirəm. Seçicilərim məni tanıyır, həmişə mənə səs veriblər. Əlbəttə, gələn il namizədliyimi verəcəm. Məgər, mən 2015-də Araz Əlizadəyə uduzmuşam ki? Mən onda da seçkini qazanmışam. Seçicilərim mənə səs verib. Protokolumu dairə və məntəqələr möhürləyib, hamısı təqdim edib. Daha nə olmalı idi? Qalanını onu ora göndərənlər bilsin. Görünür, Azərbaycana münasibətinin o şəkildə olması kimlərinsə mənafeyinə uyğundur. Araz Əlizadə də orada kiminsə mənafeyini müdafiə edir”.

Xəbər 1344 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +