İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


26.09.2019  14:17 

Elnarə yenə hədəfdə... - “Ay modabazlar, dincəlin”





A+  A-

Müğənni Elnarə Xəlilova yenə geyiminə görə tənqidlərə məruz qalıb.
XəzərNews.az xəbər verir ki, sənətçi bu dəfə qırmızı ətəyi cins pencək, kənarı qaşla bəzədilmiş dairəvi eynək, zolaqlı köynək və uzun qırmızı sırğaları ilə uyğunlaşdırmağa çalışıb. O, liftdə fotosunu çəkərək instaqram səhifəsində paylaşıb.

Sosial şəbəkə istifadəçiləri müğənnini yenə tənqid etməyə başlayıblar. İfaçının geyimini şərh edənlərə cavabı gecikməyib.

Müğənni məşhur markanın geyimlərini paylaşaraq onu zövqsüz adlandıranlara belə deyib: “Qızlar, sadəcə məlumat üçün paylaşıram. Əslində tərz olaraq hər şey qaydasındadır”.

Elnarə daha sonra bacısı Elina Xəlilovanın şəklini profilində yayaraq onun da eyni tərzdə geyindiyini bildirib:

“Güldürüm sizi? Bacımla bir-birimizdən xəbərsiz eyni geyinmişik. Dəqiq bilinir ki, eyni ağıldayıq. Ay modabazlar, dincəlin. Sizin zövqünüzə heç kimin şübhəsi yoxdur. Siz əlbəttə ki, ən yaxşısız. Biz də ki, eləb-belə başımızı qatırıq. Əsas geyindikləriniz sizin ürəyinizcə olsun”.

Xəbər 1383 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +