İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


19.09.2019  17:39 

Dilqəm və Şahbazla bağlı müraciətə Ermənistandan cavab





A+  A-

Ermənistan Baş Naziri Nikol Paşinyan Azərbaycandakı iki erməni əsirin Ermənistan tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda 2014-cü ildə girov götürülən iki azərbaycanlı əsirlə mübadiləsinə dair rəsmi Bakının müraciətini nəzərdən keçirir.
XəzərNews.az-ın “aysor.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Baş Nazirinin Mətbuat katibi Vladimir Karapetyan bildirib.

“Bu məsələni bilirik və müzakirə edirik. Məsələnin həssaslığını nəzərə alaraq, həll yoluna yaxın olduğumuz zaman açıqlama verəcəyik”, - deyə o, vurğulayıb.

Xatırladaq ki, Azərbaycanın Əsir və İtkin düşmüş, Girov götürülmüş Vətəndaşlarla iş üzrə Dövlət Komissiyası 11 sentyabr 2019-cu ildə beynəlxalq təşkilatlara Dilqəm Əsgərov və Şahbaz Quliyevin “hamının hamıya” prinsipi əsasında Ermənistan vətəndaşları olan erməni hərbçiləri - Azərbaycan ərazisində terror-təxribat əməllərinə görə həbs edilmiş Karen Kazaryan və cəbhənin Füzuli istiqamətində könüllü surətdə Azərbaycan Ordusuna təslim olmuş Araik Kazaryanla dəyişdirilməsinə dair müraciət göndərib.

Xəbər 1014 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +