İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


17.09.2019  12:05 

Paşinyan ən reytinqli məmurunu istefaya göndərdi - Ölkə qarışdı





A+  A-

Ötən gün Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın anidən istefa verməsi ölkədə yeni gərginliyin başlanğıcını qoyub.
XəzərNews.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Vanetsyanın vəzifəsindən getməsi ölkədə ziddiyyətli fikir və ittihamlara səbəb olub.

Bildirilir ki, son günlər KİV nümayəndələri istefa ehtimalı barədə yazsa da, Baş Nazir Nikol Paşinyanın bir neçə gün öncə mətbuat konfransındakı onu istefaya göndərəcəyi yönündə səsləndirdiyi müvafiq açıqlaması olduqca gözlənilməz olub.Daha sonra isə Ermənistan Prezidenti müvafiq istefa ilə bağlı fərman imzalayıb.

Qeyd olunur ki, A. Vanetsyan Paşinyan komandasının ən reytinqli məmurlarından biri olub. Onun son bir ildə korrupsiya ilə bağlı açıqlamaları və bu istiqamətdə gördüyü işlər strukturun imicini ictimaiyyətin gözündə ciddi şəkildə artırıb. Ölkədə belə nüfuzu olan adamın istefaya göndərilməsi sual olaraq qalıb.

“Joqovurd” qəzeti yazır ki, Artur Vanetsyandan sonra Müdafiə naziri David Tonoyan və ölkənin Baş Polis İdarəsinin rəisi Valeri Osipyan da öz postlarını tərk edəcək.

Qəzet hökumət dairələrindəki mənbələrinə istinadən məlumat yayıb ki, Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsinə ən real namizəd Nikol Paşinyanın dostu Vaqe Kazaryandır. O, polis rəisinin müavini, polis qüvvələrinin komandiridir.

Bundan əlavə, bu posta namizəd kimi keçmiş Müdafiə naziri Vaqarşak Arutyunyanın da adı çəkilir.

“Təsadüfi deyil ki, dünən Milli Məclisdə ilk oxunuşda təhlükəsizlik orqanlarının rəhbərləri vəzifələrinə namizədlərin kvalifikasiyasında dəyişiklik qəbul edildi. Bu, Baş Nazirə nəinki, MTX-nin direktoru və ya Polis İdarəsinə rəis vəzifəsinə o sferadan olan mütəxəssisi, eyni zamanda 25 yaşı olan və 4 il davamlı olaraq ölkədə yaşayan hər bir Ermənistan vətəndaşını təyin etməyə imkan verəcək”, - deyə qəzet qeyd edib.

Xəbər 853 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +