İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


26.07.2019  12:46 

Ailənin yeganə övladı itkin pilot haqqında BİLMƏDİKLƏRİMİZ





A+  A-

İyulun 24-də axşam saatlarında təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin "Miq-29" təyyarəsinin Xəzər dənizində itkin düşən pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev haqqında bəzi məlumatları çatdırırıq.
Rəşad Atakişiyev Şəmkirin Qılıncbəyli kəndində doğulub. Ailənin bir övladı olub. Anası rusəsillidir. Orta məktəbi Samux rayonunun Alabaşlı kənd orta məktəbində alıb. Müəllimlərin sevimli şagirdi olub. Bacarığı və istedadı ilə həmişə sinif yoldaşlarından fərqlənib. Məktəbi çox yüksək qiymətlərlə başa vurub. Sonra Hərbi Hava Qüvvələri məktəbinə daxil olub. Oranı da yüksək qiymətlərlə başa vurub. Polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.

Xəbəri eşidən Qılıncbəyli sakinləri hələ də onun qəzaya düşdüyünə inanmadıqlarını, çox sarsıldıqlarını bildirirlər. Son vaxtlar işlərinin çoxluğu ilə əlaqədar kəndə gec-gec gəlməsinə baxmayaraq, vaxtaşırı kənddə yaşayan doğmalarını ziyarət edirmiş.

Onu da xatırladaq ki, polkovnik-leytenant tanınmış politoloq Qabil Hüseynlinin kürəkəndir və hərbi hissə komandirinin müavini olub. (hafta.az)

Xəbər 1669 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +