İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


17.07.2019  09:26 

“Əsl sənət insanının ruhu təmiz, qəlbi böyük olar”





A+  A-

Xalq artistləri Aygün Kazımova və Brilliant Dadaşova İnstaqramda söz savaşına çıxıblar.
XəzərNews.az xəbər verir ki, mərhum sənətkar Mirzə Babayevin doğum günü ilə bağlı paylaşım edən Brilliant Dadaşova Aygün Kazımovaya söz atıb.



Paylaşımında ad çəkməyən sənətçinin sözlərində A.Kazımovaya eyham vurulub.

“Yaxşı ki, o, bu günlərdə estradanın nə günə qoyulduğunu görmədi. Səhnələrə sərxoş halda çıxıb yıxılanların, səsi olmayanların, üç notdan ibarət mahnı ifaçılarının pulnan pulnan satın alınan bəzi magazin proqramlarının aparıcıları və bəzi jurnalistlər tərəfindən “əsas müğənni” adlandırıldığını da görmədi”, - Dadaşova qeyd edib.

Belə ki, maqazin proqramlarında “Əsas ulduz” ifadəsi Aygün Kazımovanın ünvanına səsləndirilir.



Hazırda İstanbulda olan Xalq artisti Aygün Kazımovanın da cavabı özünü çox gözlətməyib. Mərhum sənətkar Mirzə Babayevlə görüntülərini paylaşan pop-diva ad çəkmədən bunları qeyd edib:

“Əsl sənət insanının ruhu təmiz, qəlbi böyük olar. O qəlbdə yalnız gözəlliklər yer tapar. Ölməz Mirzə Babayev kimi”.

Xəbər 1544 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +