İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


15.04.2019  14:39 

Əli Həsənov: “Qarabağda narkotik bitkilər becərilir”





A+  A-

Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransda (IDEC) 115 ölkədən 432 nümayəndə iştirak edir. Tədbirə Azərbaycan tərəfindən 100-dən çox nümayəndə qatılıb. Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində mötəbər platforma olan bu konfransda dünya təcrübəsini bölüşmək, informasiya mübadiləsi aparmaq, bu mübarizədə istifadə olunan qabaqcıl texnologiyalarla tanışlıq imkanı yaradılır.
XəzərNews.az xəbər verir ki, bu fikirləri Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov aprelin 15-də Bakıda işə başlayan Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans çərçivəsində təşkil olunan mətbuat konfransında deyib.

Baş nazirin müavini vurğulayıb ki, ötən il ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyası beynəlxalq konfransın ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycana müraciət edib.

“Bu məsələ ilə əlaqədar Prezident İlham Əliyevə müraciət olundu. Belə tədbirlərin Azərbaycanda keçirilməsini daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısı bu konfransın ölkəmizdə təşkili ilə bağlı göstəriş verdi və Prezidentin sərəncamı ilə Təşkilat Komitəsi yaradıldı. Bundan sonra Nazirlər Kabinetinin qərarı ilə tədbirə hazırlıqla əlaqədar işçi qrupu yaradıldı”.

Azərbaycanın işğal altındakı ərazilərində narkotik bitkilərin becərildiyini vurğulayan Əli Həsənov “Orada narkotik bitkilər becərilir, bunun üçün laboratoriyalar inşa edilib" deyib.

Ə.Həsənov vurğulayıb ki, məsələ ilə bağlı sənədlər BMT-nin Vyana ofisinə təqdim olunub. Bundan sonra monitorinq qrupu yaradılıb, lakin Ermənistan həmin qrupu işğal etdiyi ərazilərə buraxmayıb.

Xəbər 952 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +