İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


29.03.2019  15:23 

Qənirə Paşayeva enerji içkiləri ilə bağlı həyəcan təbili çaldı





A+  A-

Deputat Qənirə Paşayeva Milli Məclisin bu gün keçirilən iclasında 18 yaşına çatmamış uşaqlara enerji içkilərinin satışının qadağan edilməsi təklifi ilə çıxış edib.
XəzərNews.az-ın məlumatına görə, o bildirib ki, çoxlu sayda ailələr, valideynlər 18 yaşına çatmamış uşaqlara energetik içkilərin satışının qadağan edilməsi, qadağanı pozanların cəzalandırılması təklifi və xahişi ilə müraciət edirlər.

Qeyd edib ki, energetik içkilər uşaqların sağlamlığına ciddi zərər vurur, asılılıq yaradır.

“Bu faktorları ciddi narahatlıq doğurduğunu, ailələrin, valideynlərin xahişlərini və energetik içkilərin sağlamlığa vurduğu zərəri nəzərə alaraq bu içkilərin 18 yaşına çatmamış uşaqlara satışı qadağan edilməlidir”.

Q.Paşayeva bildirib ki, energetik içkilərin 18 yaşına çatmamış uşaqların içməməsi tövsiyyəsi ilə Qida Təhlükəsizliyi Agentliyi çıxış edib, həmçinin Ombudsman Milli Məclisə təqdim etdiyi illik hesabatında 18 yaşına çatmamış uşaqlara energetik işçilərin satışının qadağan edilməsi məsələsinə baxılması təklif olunub.

Deputat deyib ki, valideynlər uşaqlarının energetik içkilərdən istifadə etməmələrinə nəzarət etməyin çox çətin olduğunu qeyd edirlər, çünki məktəblərin əksəriyyətinin çox yaxınlığında bu içkilərin sərbəst satışı həyata keçirilir, buna görə də energetik işçilərin 18 yaşına çatmamış uşaqlara satışı tam qadağan edilməlidir. Energetik içkilərin açıq və gizli reklamının çox güclü aparıldığını və bunun Q.Paşayeva energetik içkilərin 18 yaşına çatmamış uşaqlara satışının qadağan edilməsi istiqamətində addımların atılmasının və bu qadağanı pozan şəxslərin ciddi cəzalandırılması müxanizmlərinin qanunvericilikdə öz əksinin tapmasının vacibliyini qeyd edib.

“Uşaqların sağlamlığı, gələcəyi hər şeydən vacibdir, çünki uşaqlar millətimizin gələcəyidir. Müəyyən qrup şəxslərin pul qazanması naminə uşaqlarımızın sağlamlığı, gələcəyi ciddi narahatlıqlarla üzləşməməlidir. Valideynlərin, ailələrin 18 yaşına çatmamış uşaqlara energetik işçilərin satışının qadağan edilməsi ilə bağlı çağırışları nəzərə alınmalı, bu məsələ qanunvericiliklə tənzimlənməlidir. Bu qadağanı pozan şəxslərin ciddi cəzalandırılması mexanizmləri qanunvericilikdə öz əksini tapmalıdır”.

Xəbər 912 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +