İran prezidentinin öldüyü qəzada təxribat izləri...
Bizim də məqsədimiz elə budur – DABF İH-nin üzvü
Türkiyə ilə yanaşı İraq da prosesə dəstək verəcək
Ölkənin işində heç bir axsama olmayacaq... - Xamenei
Mənsimovun paylaşımı hər kəsi kövrəltdi - Fotolar
Tağı Əhmədovun son görüntüsü yayılıb -Fotolar
Gənc mühəndisin uğurları –ABŞ-a aparan yol
Döyüş gecəsində Azərbaycanı o təmsil edəcək - Almaniyada
Ukrayna son nəfəsini verir - Kiyev təslim olur?
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - Rəsmi açıqlama


23.01.2019  09:57 

Daha 3 idmançımız dopinqə görə cəzalandı





A+  A-

Azərbaycanın daha 3 idmançısı dopinqdən istifadəyə görə cəzalandırılıb.
XəzərNews.az Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəsmi saytına istinadən xəbər verir ki, güləşçilər Cəlal Süleymanovla Umar İsrailov və velosipedçi Qadir Mustafayev qadağan olunmuş preparatlardan istifadə edib.

Onların qanında Metabolit, yaxud Markerlərinin mövcudluğu təsbit edilib.

Süleymanov həmçinin diskvalifikasiya zamanı iştiraka qarşı qadağanın pozulmasına görə cəzalandırılıb. Güləşçinin orqanizimində oksandrolon metaboliti maddəsi tapılıb və 18 yanvar 2018-ci ildən 96 aylıq - 18 yanvar 2026-cı ilə qədər cəzalanıb.

İsrailovda drostanolon metaboliti maddəsi tapılıb və 48 aylıq diskvalifikasiya olunub. Onun cəzası ötən ilin martından hesablanacaq.

Velosipedçi Qədir Mustafayevin cəzası da 48 ay olacaq. Orqanizmində metamfetamin (D-) maddəsi aşkarlanan idmançının cəzası 2018-ci ilin 19 noyabrından qüvvədədir.

Qeyd edək ki, bundan əvvəl 39 idmançımız dopinqə görə cəzalandırılıb.

Xəbər 1012 dəfə oxunub.




19.05.2024  12:36 

Sabahın havası açıqlanıb

16.05.2024  18:05 

AYNA-dan yeni layihələr


BÜTÜN XƏBƏRLƏR +